Azərbaycan iqtisadiyyatı cüzi artıb - TEMP DAHA DA YAVAŞLAYIB

Azərbaycan iqtisadiyyatı cüzi artıb - TEMP DAHA DA YAVAŞLAYIB2023-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 39 milyard 986,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,1 faiz çox ümumi daxili məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,9 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artmışdır.
ÜDM istehsalının 46,8 faizi sənaye, 8,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 4,6 faizi tikinti, 2,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5 faizi informasiya və rabitə sahələrinin, 17,6 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,2 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 3945,5 manata bərabər olmuşdur.
Xatırladaq ki, 2023-cü ilin yanvar-mart aylarında ölkədə 30 milyard 310,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.
2023-cü ilin yanvar-aprel aylarında sənaye istehsalı haqqında
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar-aprel aylarında 24,3 milyard manatlıq və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 3,3 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 6,1 faiz artmışdır.
Sənaye məhsulunun 71,1 faizi mədənçıxarma sektorunda, 23,6 faizi emal sektorunda, 4,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 8,0 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,9 faiz artmışdır.
Emal sektorunda kompüter, elektron və optik məhsulların istehsalı 2,6 dəfə, ağacın emalı və ağacdan məmulatların istehsalı 90,6 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 69,2 faiz, poliqrafiya məhsullarının istehsalı 44,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 40,5 faiz, kağız və karton istehsalı 40,2 faiz, maşın və avadanlıqların istehsalı 23,5 faiz, tikinti materiallarının istehsalı 20,5 faiz, içkilərin istehsalı 18,1 faiz, neft məhsullarının istehsalı 18,1 faiz, qida məhsullarının istehsalı 12,2 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 12,2 faiz, tütün məmulatlarının istehsalı 9,8 faiz, mebel istehsalı 7,0 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 3,5 faiz, elektrik avadanlıqlarının istehsalı 1,5 faiz, kimya sənayesi məhsullarının istehsalı 0,9 faiz artmış, əczaçılıq məhsullarının istehsalı 4,4 faiz, hazır metal məmulatlarının istehsalı 6,2 faiz, geyim istehsalı 23,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 27,3 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 41,4 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 43,3 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,9 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 19,9 faiz artmışdır. / marja.az

Maliyyə     Tarix: 12 may 2023

Oxşar xəbərlər

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib

2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar

Dövlət Vergi Xidməti büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait toplayıb: Rekord həcm – 9 ayda 13,6 milyard manat

Azərbaycanda vergi daxilolmaları 13,6 milyard manatı ötdü – Büdcəyə proqnozdan 913 milyon manat artıq vəsait daxil olub. 2026-cı ilin ilk 9 ayında Azərbaycanda dövlət büdcəsinə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artıb


iqtisadi xeberler dollar mezenne avtomobil xeberleri emlak xeberleri rubl mezenne