Azərbaycan İrandan bibər alışını məhdudlaşdırdı - 17 may tarixindən

Azərbaycan İrandan bibər alışını məhdudlaşdırdı - 17 may tarixindənAzərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən İran İslam Respublikasından idxal olunan bibər məhsullarından nümunələr götürülərək qida təhlükəsizliyi göstəriciləri üzrə müayinələrə cəlb edilməsi məqsədilə Agentliyin tabeliyindəki Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Marja AQTA-nın məlumatına istinadən xəbər verir ki. Aparılan ekspertizanın nəticələrinə əsasən, İran İslam Respublikasından ixracatçı şirkətlər "Bazargani Amanj Sahragard"a məxsus "Green Fruit-22" MMC tərəfindən idxal olunan 12428 kq bibər məhsulunda "Carbendazim"in, "Azin Pishro Azarin"a məxsus "Dry Fruits" MMC tərəfindən idxal edilən 6650 kq bibər məhsulunda "Etoxazole"un, "Rahim Moradian"a məxsus Hüseynov Şahverən Hüseynqulu tərəfindən idxal olunan 8250 kq bibər məhsulunda "Etoxazole"un, "Vahid Rezael Pour"a məxsus "Dry Fruits" MMC tərəfindən gətirilən 13165 kq bibər məhsulunda "Carbendazim"in, "Rasool Soleymanpour"a məxsus "Şaiqoğlu" MMC tərəfindən idxal olunan 6000 kq bibər məhsulunda isə "Acetamiprid"in maksimum qalıq miqdarı üzrə ümumilikdə, 46493 kq (netto) məhsulda uyğunsuzluq (pestisid qalığı) aşkarlanıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
Bununla əlaqədar, Agentlik tərəfindən İran İslam Respublikasının Kənd Təsərrüfatı Nazirliyi – Cahad bitki mühafizə təşkilatına uyğunsuzluqların araşdırılaraq nəticəsi barədə məlumat verilməsi istənilib. Buna baxmayaraq, təəssüflə qeyd edirik ki, uyğunsuzluqların aşkarlanması halları davam etməkdədir.
Aşkarlanan hallarla bağlı 2023-cü il 17 may tarixindən (həmin tarixə qədər sertifikatlaşdırılmış məhsullar istisna olmaqla) İran İslam Respublikasında fəaliyyət göstərən "Bazargani Amanj Sahragard", "Azin Pishro Azarin", "Rahim Moradian", "Vahid Rezael Pour" və "Rasool Soleymanpour" ixracatçı şirkətlərin, həmçinin Azərbaycan Respublikasında fəaliyyət göstərən "Green Fruit-22" MMC, "Dry Fruits" MMC, Hüseynov Şahverən Hüseynqulu və "Şaiqoğlu" MMC-nin İran İslam Respublikasından Azərbaycan Respublikasına bibər məhsulunun idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
Azərbaycan Respublikası ərazisinə idxal olunan qida məhsullarında aşkarlanan uyğunsuzluqlarla bağlı görülən tədbirlər haqqında Dövlət Gömrük Komitəsinə müvafiq məktub ünvanlanıb.
Pestisid ― bitki zərərverici və xəstəliklərinə, alağa, taxıla və taxıl məhsullarına, oduncağa, pambıq məmulatları, yun, dəri, həmçinin insan və heyvanlarda təhlükəli xəstəlik yayanlara qarşı mübarizədə istifadə edilən kimyəvi maddədir. Pestisidlər və ya kimyəvi zəhərli maddələr, kənd təsərrüfatında becərilən mədəni bitkiləri və məhsulları ziyanvericilərdən qorumaq, eləcə də bitkilərin məsuldarlığını artırmaq üçün istifadə olunur. / marja.az

Maliyyə     Tarix: 24 may 2023

Oxşar xəbərlər

Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb

Dövlət Statistika Komitəsi sənaye istehsalı haqqında məlumatlar açıqlayıb. Qeyd edilib ki, sənaye sektorunda 2026-cı ilin yanvar-oktyabr aylarında 58,5 milyard manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə rea

Azərbaycanda alış-veriş edənlərə 175,3 milyon manat geri qaytarılıb

2026-cı ilin yanvar – oktyabr ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla)

Metallurgiya ixracında müsbət dinamika - Qara metal ixracı 24,6%, alüminium ixracı 44,6% artıb

2026-cı ilin yanvar-may aylarında qara metallar və onlardan hazırlanan məmulatların ixracı 46 milyon 428,6 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 257,6 min dollar idi. Dəyər ifadəsində artı

Azərbaycana məhsul ixrac edən 110 istehsalçıya idxal qadağası tətbiq olunub

2019–2025-ci illərdə Azərbaycana idxal edilən qida və kənd təsərrüfatı məhsulları üzrə aparılan nəzarət zamanı minlərlə uyğunsuzluq aşkarlanıb. Dövlət Proqramına əsasən, 1791 halda bitkiçilik məhsullarında, 290 halda is

Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı

() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib

2026-cı ilin ilk 5 ayında Azərbaycana 17 milyon 923,4 min dollar dəyərində süd və qaymaq idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 11 milyon 358,8 min dollar idi. Dəyər ifadəsində idxal 6 milyon 564,6 min dolla

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə


iqtisadi xeberler dollar kursu bitkoin biznes qurmaq investisiya