Qarabağdakı Dəmirli mədənindən ilk mis satışına başlanılıb
Azərbaycanda qızıl, mis və gümüş hasilatı ilə məşğul olan "Anglo Asian Mining" (AAM) şirkəti yeni Dəmirli mədənində istehsal olunan mis konsentratının satışına başlayıb.
Bu barədə şirkətdən bildirilib.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Qeyd edilib ki, konsentratın satışı üzrə müqavilə 3 noyabr 2025-ci il tarixində "Trafigura Pte Ltd" şirkəti ilə imzalanıb. Müqavilə çərçivəsində 17–30 noyabr tarixlərində "Trafigura"ya 2 055 ton mis konsentratı təhvil verilib. Konsentratın tərkibində 351 ton mis olub. İlkin (provisional) ümumi satış gəliri 3,6 milyon ABŞ dolları təşkil edib. Qeyd olunan məbləğdə Azərbaycan hökumətinin payı nəzərə alınmayıb.
"Anglo Asian"dan həmçinin bildirilib ki, noyabr ayında Dəmirli mədənində rekord hasilat həcmləri əldə olunub. Ay ərzində ümumilikdə 1,95 milyon ton süxur çıxarılıb. Bunun 195 min tonu yüksək keyfiyyətli filiz, 269 min tonu oksid filiz, qalan hissəsi isə anbarların möhkəmləndirilməsi üçün istifadə edilən süxur materialı olub.
Bundan əlavə, 27 noyabr tarixində bir gündə 81 min ton süxur çıxarılması ilə şirkətin tarixində ən yüksək günlük göstəriciyə nail olunub.
Xatırladaq ki, AAM 1997-ci il avqustun 21-də imzalanan Production Sharing Agreement (PSA) tipli müqavilə çərçivəsində 6 yatağın işlənməsi fəaliyyətə başlayıb. Müqaviləyə əsasən, Azərbaycanın payı 51%, "Anglo Asian Mining PLC" şirkətinin payı isə 49% təşkil edir. Hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsində fəaliyyət göstərmək hüququna malikdir. Şirkət London Birjasında listinqdədir və ölkənin ən iri qeyri-neft sənaye ixracatçılarından biridir. / marja.az
Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb
2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd
Ölkəyə 5 min ton daha az düyü gətirilib
2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə
Dövlət büdcəsinin gəlirləri azalıb
2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®
İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric