Azərbaycan-İsveçrə biznes forumu - KEÇİRİLİB

Azərbaycan-İsveçrə biznes forumu - KEÇİRİLİBDekabrın 14-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO birgə təşkilatçılığı ilə Azərbaycan-İsveçrə biznes forumu keçirilib.
Azərbaycan və İsveçrənin qarşılıqlı investisiya qoyuluşu - AÇIQLANIB
FED.az xəbər verir ki, tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, kənd təsərrüfatı, İKT, bank, səhiyyə, tikinti, logistika, nəqliyyat, maliyyə, qida və s. sahələrdə fəaliyyət göstərən iş adamları iştirak edib.
Forumda çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bu il 30 ili tamam olan Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasında ikitərəfli münasibətlərin inkişafını qeyd edib, iqtisadi-ticarət əlaqələrinə dair məlumat verib. Nazirin birinci müavini biznes forumun iqtisadi tərəfdaşlığın genişlənməsinə, yeni imkanların yaranmasına töhfə verəcəyini vurğulayıb.
Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri, İsveçrə Konfederasiyasının Ticarət Sazişləri üzrə Federal Şurasının nümayəndəsi, İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin İkitərəfli İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Ervin Bollinger ölkəsinin iş adamlarının Azərbaycan iqtisadiyyatına marağını ifadə edib, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin ölkəmizdə biznes qurmaq istəyən xarici iş adamlarına yerli tərəfdaşların tapılması, KOB-larla birgə layihələrin həyata keçirilməsi və digər istiqamətlərdə göstərə biləcəyi dəstək tədbirləri barədə danışıb.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycan və İsveçrə işgüzar dairələri arasında əlaqələrin önəmini qeyd edib, "Made in Azerbaijan" brendinin təşviqi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov iqtisadi zonanın investisiya potensialına, AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov Azərbaycanın biznes və investisiya imkanlarına, İsveçrə-Azərbaycan Ticarət və Sənaye Palatasının (SACCI) prezidenti Klaude Haegi, İsveçrə Birləşmiş Ticarət Palatasının (JCC) idarəedici direktoru Dorit Sallis, JCC-nin Azərbaycan bölməsinin rəhbəri Leyla Bağırzadə və "İSR Holdinq"in baş icraçı direktoru, SACCI-nin əməliyyatlar komitəsinin həmsədri Rauf Xəlilov hər iki ölkənin iş adamları arasında əməkdaşlığa dair təqdimatlarla çıxış ediblər.
Forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər keçirilib, tərəfdaşlığın genişləndirilməsi, yeni əlaqələrin qurulması barədə müzakirələr aparılıb.

Biznes     Tarix: 14 dekabr 2022

Oxşar xəbərlər

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını


iqtisadi xeberler rubl mezenne dollar kursu dollarin kursu bu gun kripto