Azərbaycan martda İtaliyaya neftin ən iri tədarükçüsü olub
Azərbaycan 2023-cü ilin mart ayında İtaliyaya neft ixracının həcminə görə birinci olub.
İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən verilən məlumata görə, yanvarda Azərbaycan İtaliyaya neft ixracı üzrə ikinci, fevralda isə üçüncü pillədə qərarlaşıb.
Martda İtaliyaya neft idxalı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21.6% artaraq 5.416 milyon ton təşkil edib.
Hesabat dövründə İtaliyaya neft tədarükçülərinin beşliyinə Azərbaycan (973 min ton: "Azeri Light" – 617 min ton, "Azeri Blend" – 357 min ton), İraq (738 min ton), Səudiyyə Ərəbistanı (718 min ton), Qazaxıstan (504 min ton) və Liviya (489 min ton) daxil olub.
2023-cü ilin mart ayında Azərbaycandan İtaliyaya neft tədarükü illik müqayisədə 40.4% artıb, cari ilin I rübündə (2022-ci ilin I rübü ilə müqayisədə) 18.7% azalaraq 2.183 milyon ton təşkil edib.
Rusiya ardıcıl dördüncü aydır ki, İtaliyaya ixrac həyata keçirmir.
Martda "Azeri Light" markalı neftin bir bareli $86.21-ə (azalma 30%), "Azeri Blend"in bir bareli $84.27-yə (azalma 29%), Qazaxıstanın "CPC Blend" və "KEBCO" neftinin bir bareli müvafiq olaraq $83.04 və $83.74-ə alınıb.
Hesabat dövründə İtaliya üçün bir barel neftin orta idxal qiyməti $82.54 (2022-ci ilin mart ayında $115.70) təşkil edib. Ən bahalı neft növü "Escravos" ($99.38), ən ucuz neft növü isə "Bravo" nefti ($70.29) olub. / banker.az
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Bu şəxslərin pensiyası yenidən artacaq
"2026-cı ildə pensiyaların əlavə olaraq artırılması pensiya yaşına çatdıqdan sonra əmək fəaliyyətini davam etdirən və bu il iş stajının altı ili tamam olan vətəndaşlara şamil ediləcək". Bunu Milli Məclisin İqtisad
Bu şəxslərin pensiyası ARTIRILDI
1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör