Azərbaycan məhsulları "Halal Ekspo" sərgisində nümayiş olunur - FOTOLAR

Azərbaycan məhsulları İstanbulda keçirilən Dünya Halal Sammiti çərçivəsində təşkil olunan "Halal Ekspo" sərgisində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycanın halal istehsalı olan qida şirkətlərinin məhsulları da nümayiş olunur.
KOBİA-dan FED.az-a bildirilib ki, Azərbaycanın təmsil olunduğu stendimizdə 4 şirkətin ət və ət məhsulları sərgilənir. İstanbula səfər çərçivəsində KOBİA nümayəndə heyəti "Qlobal halal iqtisadiyyata açılan qapı: potensialın üzə çıxarılması" mövzusunda Dünya Halal Sammitində də iştirak edib.
Sammitdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların halal qida və xidmət sektorunun aparıcı qüvvəsi olduğunu qeyd edib, agentliyin KOB-lara göstərdiyi dəstək və xidmətlər, eləcə də 2024-cü ildə KOBİA-nın təşkilatçılığı ilə Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan Halal Biznes və Turizm Forumu barədə məlumat verib. Qeyd olunub ki, Tatarıstanda mütəmadi olaraq keçirilən Halal Sammitdə KOBİA ölkə stendi ilə təmsil olunur. Bu halal sənaye sahəsində fəaliyyət göstərən Azərbaycan KOB-larının məhsullarını tanıtmağa və digər ölkələrdən olan həmkarları ilə əlaqələr qurmalarına imkan yaradır. Gələn il Bakıda keçiriləcək forum çərçivəsində də halal məhsulların sərgisi təşkil olunacaq.

Biznes     Tarix: 24 noyabr 2023

Oxşar xəbərlər

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad


iqtisadi xeberler leobank kart bu gunun xeberleri bitkoin almaq 1000 manatla biznes