Azərbaycan növbəti peykini 2026-cı ildə orbitə buraxacaq
Azərbaycan növbəti peykini 2026-cı ildə orbitə buraxacaq.
Bu barədə Rəqəmsal İnkşaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov jurnalistlərə açıqlamasında bildirib.
"Növbəti optik müşahidə peykini 2026-cı ildə orbitə buraxmağı düşünürük", – S. Əsədov bildirib.
Qeyd edək ki, ötən il Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində "Azərkosmos" və "Israel Aerospace Industries" (IAI) şirkəti arasında Azərbaycanın yeni müşahidə peyklərinin hazırlanması üzrə əməkdaşlıq müqaviləsi imzalanıb.
"Azersky-2" proqramı ölkədə Yer səthinin müşahidəsi sektorunda davamlılığı təmin etməklə yanaşı, biznes baxımından yeni səhifə açacaq, o cümlədən ölkədə kosmik ekosistemin daha da inkişafına xidmət edəcək. Müqaviləyə əsasən, "Azersky-2" proqramı çərçivəsində iki peyk hazırlanacaq. Bunlar, yüksək ayırdetməli elektro-optik sensora malik Yerin məsafədən müşahidə peykləri olacaq. "IAI" peyk qruplaşmasının ilk peykinin layihələndirilməsi, yığılması, inteqrasiyası və sınağını azərbaycanlı mütəxəssislərin iştirakı ilə aparacaq.
"IAI" proqram çərçivəsində Azərbaycanda "Azersky-2" sisteminin idarə edilməsi və istismarı üzrə bütün lazımi yerüstü sistemləri təmin edəcək. Peykə nəzarət və peyk təsvirlərinin emal olunmasına dair yerli mütəxəssislərə təlim keçiriləcək. Peyklər 2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq. Peyki orbitə qaldıracaq daşıyıcı raket isə növbəti aylarda məlum olacaq. / banker.az

Mərkəzi Bank BOKT-a lisenziya verib
10 min dollarla son 12 ayda ən çox qazandıran - SAHƏLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Azərbaycanda kartdan-karta pul köçürmələrinə limit qoyuldu
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Ödəniş kartları ilə 1 milyon manatdan çox fırıldaqçılıq halı baş verib
Rabitəbank POS-terminal şəbəkəsində UnionPay kartlarının qəbuluna başladı
Yelo İnternet Bankçılıqda növbəti yenilik: Girovsuz tender qarantiyası
AMB elektron pul təşkilatına icrası məcburi göstəriş verib
Necə Bitcoin almaq olar?
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Ən bahalı otellər hansılardır?
Evdə biznes qurmağın yolları
Digital Card nədir?