Azərbaycan qaz hasilatını 7% artırıb
2022-ci ilin yanvar-noyabr ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda 42,5 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 12,2 milyard kubmetri "Azəri-Çıraq-Günəşli"dən, 23 milyard kubmetri "Şahdəniz"dən, 7,3 milyard kubmetri SOCAR üzrə hasil olunub. 2021-ci ilin müvafiq dövrünə nisbətən 7 faiz, yəni 2,8 milyard kubmetr artımla qaz hasil edilib.
Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.
Hesabat dövründə xaricə qaz satışı 20,1 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 faiz çoxdur. 11 ayda Avropaya 10,3 milyard kubmetr, Türkiyəyə 7,6 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz satılıb. Bu dövrdə Türkiyəyə TANAP vasitəsilə 5,2 milyard kubmetrə yaxın qaz nəql olunub.
Nazirlikdən verilən məlumata əsasən, "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" yataqları istismara veriləndən cari ilin 01 dekabr tarixinədək "Azəri-Çıraq-Günəşli"dən 202,3 milyard kubmetr, "Şahdəniz"dən isə 180,5 milyard kubmetrə yaxın qaz hasil edilib. Bu dövrdə "Şahdəniz" yatağından hasil edilən qazın 126,1 milyard kubmetr həcmi ixraca nəql edilib.
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Qaz ödənişləri ilə bağlı YENİLİK
İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd