Azərbaycan sənayesində geriləmə

Azərbaycan sənayesində geriləməDövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-mart aylarında sənaye istehsalı haqqında məlumatları açıqalyıb.
Məlumatlara görə, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-mart aylarında 15,8 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 faiz az sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 3,6 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,5 faiz artmışdır.
Azərbaycan sənayesində geriləməSənaye məhsulunun 62,4 faizi mədənçıxarma sektorunda, 30,3 faizi emal sektorunda, 6,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 5,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 1,1 faiz artmışdır.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 2,0 dəfə, əczaçılıq məhsullarının istehsalı 43,3 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 31,4 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 23,7 faiz, maşın və avadanlıqların istehsalı 20,9 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 15,6 faiz, qida məhsullarının istehsalı 12,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,1 faiz, kimya sənayesi məhsullarının istehsalı 1,9 faiz artmış, içkilərin istehsalı 0,9 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 1,8 faiz, elektrik avadanlıqlarının istehsalı 2,4 faiz, tütün məmulatlarının istehsalı 3,1 faiz, neft məhsullarının istehsalı 7,0 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 8,0 faiz, tikinti materiallarının istehsalı 9,5 faiz, mebel istehsalı 9,7 faiz, hazır metal məmulatlarının istehsalı 18,1 faiz, kağız və karton istehsalı 31,5 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 32,8 faiz, geyim istehsalı 45,3 faiz, poliqrafiya məhsullarının istehsalı isə 55,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 1,2 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,0 faiz artmışdır. / marja.az

Maliyyə     Tarix: 11 aprel 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanın nar şirəsi Dominikana ixrac olunur

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu "Azexport" portalının dəstəyi ilə Karib hövzəsi ölkələrinə növbəti ixrac əməliyyatı uğurla həyata keçirilib. Mərkəzin yaydığı məlumatd

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

Azərbaycanda kassa aparatları ilə qeydə alınan dövriyyə 3 milyard manatdan çox artıb

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə qeydə alınan dövriyyə 23 milyard 328,9 milyon manata çatıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 51,7 milyo

Yeni nəsil nəzarət-kassa aparatları 8 ayda 20,4 milyard manat dövriyyəni qeydə alıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Xidmtin yaydığı məlumatda bildirilir ki, indiyədək ölkə ərazisind


iqtisadi xeberler biznes ideyalari bitkoin almaq investisiya biznes krediti