Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumunda - SAZİŞLƏR İMZALANIB

Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumunda - SAZİŞLƏR İMZALANIBBakıda keçirilən Azərbaycan-Səudiyyə Ərəbistanı biznes forumu çərçivəsində əməkdaşlığa dair 7 sənəd imzalanıb.
Səudiyyə Ərəbistanı Azərbaycandan 20 min nəfəri - İŞƏ GÖTÜRƏCƏK
FED.az xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişaf Agentliyi (KOBİA) ilə Səudiyyə Ərəbistanının Palatalar Federasiyası arasında birgə Biznes Şurasının yaradılması haqqında saziş imzalanıb.
Şuranın vəzifələrinə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın ümumi vəziyyətini və gələcək istiqamətlərini müzakirə etmək, ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın inkişafı sahəsində işgüzar dairələrinin təşəbbüslərini dəstəkləmək, ikitərəfli ticari-iqtisadi əməkdaşlıqla bağlı problemlərin nəzərdən keçirilməsi daxildir. Biznes Şurası hər iki ölkənin təsərrüfat subyektləri, o cümlədən KOB-lar arasında birbaşa tərəfdaşlıq əlaqələrinin qurulmasına yardım etmək, həmçinin səfərlərin, görüşlərin, seminarların, dəyirmi masaların təşkilinə, müəssisələrin hər iki ölkədə keçirilən sərgi və yarmarkalarda iştirakına köməklik göstərmək niyyətindədir.
Şura həmçinin Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələrə faydalı olacaq kommersiya, ticarət-iqtisadi, elmi, texnoloji, reklam və digər məlumatların mübadiləsinə və yayılmasına kömək edəcək. Üstəlik, o, Azərbaycan və Səudiyyə Ərəbistanı bazarlarında fəaliyyət göstərən və ya fəaliyyət göstərəcək konkret layihələr və müvafiq təşkilatlar haqqında məlumat mübadiləsi, birgə müəssisələrin yaradılmasına və fəaliyyətinə və qarşılıqlı faydalı əməkdaşlığın digər formalarına dəstək olacaq.
Bundan başqa, Səudiyyə Ərəbistanının "FlyNas" şirkəti Azərbaycanın "Alines Tours" (hüquq və investisiya sahəsində əməkdaşlıq çərçivəsində), "Fovero Tours" və "Khazar Travel" şirkətləri ilə turizm sahəsində yerüstü xidmətlərin asanlaşdırılmasını nəzərdə tutan anlaşma memorandumları imzalayıb.
Səudiyyə Ərəbistanının ARCO şirkəti ilə Azərbaycanın Məşğulluq Agentliyi (HR Cell) arasında da Anlaşma Memorandumu imzalanıb.
Səudiyyə Ərəbistanının "Albawani Co" şirkəti ilə Azərbaycanın "North West Construction" MMC arasında iki ölkənin podratçılıq, tikinti və sənaye sahələrində əməkdaşlığı nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.
Səudiyyə Ərəbistanının "A.Alrabiah Consulting Engineers" şirkəti ilə Azərbaycanın "Technicon Engineers Consulting" şirkəti arasında Anlaşma Memorandumu imzalanıb və sənəd texniki sahələrdə (məsələn, metro, bina və digər infrastruktur) mühəndislik xidmətlərinin göstərilməsini nəzərdə tutur.
Səudiyyə Ərəbistanının "Al Suwaiket and Al Busaiyes Lawyers and Legal Consultants Co." şirkəti ilə Azərbaycanın "Black Garden investisiya və korporativ məsləhət" şirkəti arasında Səudiyyə Ərəbistanı və Azərbaycanda investorlara hüquqi xidmətlər və biznes dəstəyi göstərməklə əməkdaşlıq da planlaşdırılır. (Report)

Biznes     Tarix: 19 dekabr 2022

Oxşar xəbərlər

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinın əməkdaşları tərəfindən Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, "Həbibli-1" MMC-yə məxsus bazarda yoxlama keçirilib. "Qızı

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını


iqtisadi xeberler rubl mezenne dollar kursu dollarin kursu bu gun kripto