Azərbaycan şirkəti daha bir ölkəyə şüşə butulkaların ixracına başlayıb
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti "Glassica" QSC daha bir ölkəyə - Gürcüstana şüşə butulkaların ixracına başlayıb.
Agentlikdən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, ilkin mərhələdə Gürcüstana təqribən 3,5 min ədəddən çox şüşə butulka göndərilib.
Qeyd edək ki, 2020-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınmış "Glassica" QSC tərəfindən Sənaye Parkının ərazisində Almaniyanın şüşə-əritmə texnologiyaları sahəsində 125 illik təcrübəyə malik olan "HORN Glass Industries AG" şirkətinin texnologiyalarının tətbiqi ilə müxtəlif çeşidli rəngli şüşə tara məhsullarının (butulka) istehsalı həyata keçirilir.
Şirkət tərəfindən istehsal olunan məhsullar daxili bazarda satılmaqla yanaşı, "Made In Azerbaijan" brendi ilə Rumıniya, Moldova və Gürcüstana ixrac edilib. Bu ölkələrə indiyədək 250 min ədəddən çox butulka satılıb. / marja.az
Dövlət büdcəsinin gəlirləri azalıb
2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını
Ölkəyə 5 min ton daha az düyü gətirilib
2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın
Azərbaycan biznesi Afrikaya gedir – Qeydiyyat başladı
() Africa–Azerbaijan Cooperation (AFAZ) 21–23 oktyabr 2026-cı il tarixlərində Keniyanın Nayrobi şəhərində keçiriləcək BIG 5 Construct Kenya 2026 beynəlxalq tikinti və inşaat sərgisində Azərbaycan Pavilyonunun təşkilini həyat
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd