Azərbaycan şirkəti Rusiyaya quru tütün ixracına başlayıb

Azərbaycan şirkəti Rusiyaya quru tütün ixracına başlayıb"Azərtütün" ASC-nin 2021-ci ildə istehsal etdiyi quru tütünün hamısı Rusiya müəssisələrinə satılıb. Bağlanmış müqaviləyə əsasən, bu il də Rusiyaya quru tütün göndərilməsinə başlanılıb.
Müxbirimiz "Azərtütün" ASC-nin aqrar şöbəsinin müdiri Hüsamettin Koçhanla şirkətin Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən tütün istehsalı və emalı məntəqəsində görüşüb, mövsüm ərzində görülən işlər, emal məntəqələrinin fəaliyyəti, yaş tütünün yığılması və qurudulması, quru tütün istehsalı, tütünün alış qiymətləri və digər məsələlərlə maraqlanıb.
Respublikamızda tütünçülüyün inkişafına öz töhfəsini verən "Azərtütün" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən builki mövsümdə şimal-qərb bölgəsinə daxil olan Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında 587 hektar sahədə "Virciniya" növlü tütün əkilib. Səhmdar Cəmiyyətə məxsus tütün sahələrində yaş tütün yarpağının dərimi və qurudulması artıq başa çatıb.
ASC rəsmisi bildirib ki, builki mövsümdə tütün əkini ilə əlaqədar Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında ümumilikdə 84 fermerlə müqavilə bağlanılıb. Şirkətin mütəxəssisləri əvvəlcə fermerlərin tütün əkmək istədikləri sahələrlə tanış olub, torpaqdan analiz nümunələri götürüb, təhlillər aparıb, tütün əkininə yararlı olan torpaq sahələrini müəyyənləşdiriblər. Yararsız torpaq sahələrində tütün əkilməsi fermerlərə məsləhət görülməyib. "PAŞA Bank" vasitəsilə tütünçü fermerlər çox aşağı faizli kreditlə təmin olunub. Fermerlərin 250-dək əkin sahəsinin torpaq analizlərinin bütün maliyyə xərclərini şirkət həll edib. Fermerlər torpaq analizlərinə görə heç bir xərc çəkməyiblər. Mövsüm vaxtı şirkətin aqronomları daim fermerlərin yanında olub, məsləhətlər veriblər. Tütünçü fermerlər üçün təlimlər təşkil edilib.
Şöbə müdirinin sözlərinə görə, cari mövsümdə sınaq məqsədilə Fransadan iki yeni tütün sortu gətirilərək sahələrə əkilib. ASC-nin sahələrində yetişdirilən "Virciniya" tütün növünün 70 faizi ABŞ, 30 faizi isə Fransadan gətirilən sortlardır. Yeni tütün sortları yerli iqlimə uyğundur. Nəticələr müsbətdir. Gələcəkdə də yeni, məhsuldar tütün sortlarının gətirilməsi nəzərdə tutulur.
Hüsamettin Koçhan bildirib ki, bu il "Azərtütün" ASC tərəfindən yaş tütünün tədarük qiymətləri xeyli artırılıb. Belə ki, 3-cü sort tütünün satış qiyməti 1 kiloqram üçün 10 qəpikdən 18 qəpiyə, 2-ci sort üçün 18 qəpikdən 25 qəpiyə, 1-ci sort üçün isə 27 qəpikdən 30 qəpiyə qaldırılıb.
Mövsüm ərzində ASC-nin Zaqatala, Qax və Şəki rayonlarında fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrinə fermerlərdən 4543 ton yaşıl tütün kütləsi daxil olub. O cümlədən Zaqatala məntəqəsi fermerlərdən 1095 ton, Qax məntəqəsi 1026 ton, Şəki məntəqəsi isə 2422 ton yaş tütün qəbul edib. Cari təsərrüfat ilində emal məntəqələrində ümumilikdə 760 ton quru tütün istehsal olunaraq anbarlara yığılıb.
"Azərtütün" ASC-nin rəsmisi Hüsamettin Koçhanın sözlərinə görə, şirkətin 2021-ci ildə istehsal etdiyi quru tütünün hamısı Rusiya Federasiyasının müəssisələrinə satılıb. Bu ilin məhsulunun da əsasən Rusiya şirkətlərinə satılması nəzərdə tutulur. Bağlanmış müqavilə əsasında artıq bu ölkəyə tütün göndərilməsinə başlanılıb.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
© Azərtac / marja.az

Maliyyə     Tarix: 16 dekabr 2022

Oxşar xəbərlər

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər

ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Avropa Mərkəzi Bankı sentyabrda faiz dərəcəsini artıra bilər

Cümə axşamı əsas faiz dərəcəsini dəyişmədən saxlayan Avropa Mərkəzi Bankı (AMB) iqtisadi və geosiyasi proseslərin inkişafından asılı olaraq sentyabrda faiz artımına gedə bilər. Marja xəbər verir ki, məsələyə yaxın mənbələri

Bitki yağları idxalı 34,9% artdıb, ilk 5 ayda 101 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 101 milyon 218 min dollar dəyərində bitki və heyvan mənşəli piylər və yağlar idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 75 milyon 55,1 min dollar idi. Bu barədə Dövlə

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Vergi daxilolmalarında 850 milyon manatlıq əlavə gəlir gözlənilir

Dövlət büdcəsinin 2026-cı ilin sonuna gözlənilən icra göstəriciləri açıqlanıb. Dövlət büdcəsinin gəlirləri. 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdi

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro


iqtisadi xeberler bitcoin biznes ideyalari biznes xeberleri birbank