Azərbaycan-Sloveniya biznes forumu keçirilir - FOTO

Azərbaycan-Sloveniya biznes forumu keçirilir - FOTOBakıda Azərbaycanın İqtisadiyyat və Sloveniyanın İqtisadiyyat, Turizm və İdman nazirliklərinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və "SPIRIT Slovenia" biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan-Sloveniya biznes forumu keçirilir.
FED.az xəbər verir ki, tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, İKT, tekstil, turizm, tikinti və maşınqayırma kimi sahələrdə fəaliyyət göstərən 40-a yaxın şirkət nümayəndəsi iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov forum zamanı həyata keçiriləcək qarşılıqlı faydalı müzakirələrin əməli addımlar və konkret layihələrlə müşayiət olunacağına, nəticə etibarilə Azərbaycan-Sloveniya tərəfdaşlığının güclənərək daha dayanıqlı və çoxşaxəli xarakter almasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan və Sloveniya arasında son zamanlar dinamik xarakter alan yüksək səviyyəli səfərlərin, artan siyasi dialoqun, genişlənən iqtisadi əməkdaşlığın, habelə ilk dəfə təşkil olunmuş Birgə İşçi Qrupunun iclasının və biznes forumun hər iki tərəfin qarşılıqlı marağının və bir çox sahələr üzrə əməkdaşlıq niyyətinin aydın təzahürü olduğu vurğulanıb. Çıxış zamanı sloveniyalı biznes tərəfdaşları Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur regionlarında aparılan bərpa və yenidənqurma fəaliyyətlərində aktiv iştirak etməyə, xüsusilə də həmin regionlarda investisiya layihələrini nəzərdən keçirməyə dəvət olunub.
Sloveniyanın xarici işlər və Avropa işləri naziri xanım Tanya Fayon ölkəsinin Azərbaycanla özəl sektor sahəsində qarşılıqlı faydalı əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə əməkdaşlığın perspektivləri haqqında fikirlərini bölüşüb.
Biznes forumda Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov və Sloveniyanın İqtisadiyyat, Turizm və İdman Nazirliyinin baş katibi Mitya Blaqanye iqtisadi tərəfdaşlığın genişlənməsi, işgüzar dairələr arasında əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyəti, qarşılıqlı ticarət və sərmayə yatırımı imkanları barədə danışıb, AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı və "SPIRIT Slovenia"nın nümayəndəsi Tanya Drobniç isə Azərbaycan və Sloveniyanın biznes və investisiya potensialına dair təqdimatlarla çıxış ediblər.
Tədbir zamanı Azərbaycanın "Bestcomp Group" və Sloveniyanın "Kontron" şirkətləri arasında ticarət sazişi imzalanıb, B2B və B2G görüşlər təşkil olunub. (Apa)

Biznes     Tarix: 17 aprel 2025

Oxşar xəbərlər

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Maskın sərvəti bir gündə 30 milyard dollar azaldı

Amerikalı sahibkar, "SpaceX" və "Tesla" şirkətlərinin rəhbəri İlon Mask ABŞ Konqresinə keçirilən son aralıq seçkilərdən sonra təxminən 30 milyard dollar itki ilə üzləşib. ABŞ-da Demokratların seçki qələbəs

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Azərbaycanda restoranların dövriyyəsi 8% artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsinin dəyəri 2 milyard 309,8 milyon manat olub. Bakıda məşhur restoran fəaliyyətini dayandırdı. bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs "Trendyol"da

Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri olan "Trendyol" "Super endirim günləri" kampaniyasını elan edir. xəbər verir ki, hər il ənənəvi olara


iqtisadi xeberler bu gunun xeberleri iqtisadiyyat xeberleri bitkoin almaq bitcoin qiymeti