Azərbaycan Türkiyəyə qaz ixrac edən ölkələr arasında ikincidir
Bu ilin yanvar ayında Türkiyə Azərbaycandan 881.85 mln. kubmetr qaz idxal edib ki, bu da illik müqayisədə 10.7% çoxdur.
Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatına görə, 2022-ci ilin yanvar aylarında Türkiyə Azərbaycandan 796.32 mln. kubmetr qaz idxal edib.
Məlumata görə, hesabat dövründə Azərbaycan Türkiyənin ümumi qaz idxalında Rusiyadan sonra (2 144.03 mln. kubmetr) ikinci yerdə qərarlaşıb, üçüncü pillədə isə Əlcəzair (763.81 mln. kubmetr) yer alıb.
Xatırladaq ki, ötən il Türkiyə Azərbaycandan 8 709.98 mln. kubmetr qaz idxal edib, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 1.3% azdır.
Qeyd edək ki, Azərbaycan Türkiyəyə qaz ixracını "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin birinci və ikinci mərhələləri çərçivəsində həyata keçirir. / banker.az
Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI
Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə