Azərbaycan və Gürcüstan prezidentləri arasında məktub mübadiləsi oldu

Azərbaycan və Gürcüstan prezidentləri arasında məktub mübadiləsi olduAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə təbrik məktubu ünvanlayıb.
KONKRET.azxəbər verir ki, mətndə deyilir:
"Hörmətli xanım Prezident,
Azərbaycan Respublikası ilə Gürcüstan arasında əlamətdar tarix – diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Sizi ürəkdən təbrik edir, dost xalqınıza ən xoş və səmimi arzularımı çatdırıram.
Azərbaycan-Gürcüstan əlaqələrinin qədim ənənələri vardır. Tarixən dostluq, mehriban qonşuluq, qarşılıqlı anlaşma şəraitində yaşamış və daim bir-birinə dəstək olmuş xalqlarımızın iradəsi bu gün dövlətlərarası münasibətlərimizin təməlini təşkil edir. Ötən 30 il ərzində qarşılıqlı inam və etimada əsaslanan əlaqələrimizin yüksələn xətt üzrə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması xüsusi məmnunluq doğurur.
Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi, daim genişlənən siyasi dialoqumuz qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə hərtərəfli inkişafına güclü təkan vermiş, irimiqyaslı enerji və nəqliyyat layihələrinin müvəffəqiyyətlə gerçəkləşməsinə əlverişli imkan yaratmışdır. Birgə həyata keçirdiyimiz önəmli layihələr bu gün dövlətlərimizin maraqlarına və xalqlarımızın mənafelərinə xidmət etməklə yanaşı, bölgəmizin rifahına, sabitliyinə və təhlükəsizliyinə töhfə verir və ümumiyyətlə bütün Avropa qitəsi üçün mühüm əhəmiyyət daşıyır.
Bu gün iqtisadi, ticari, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığımız strateji tərəfdaşlığımızı səciyyələndirən mühüm amillərdir. Biz dost Gürcüstan ilə əlaqələrimizə böyük önəm verir və onları daha da dərinləşdirmək əzmindəyik. Hesab edirəm ki, Azərbaycan-Gürcüstan əməkdaşlığını genişləndirmək və inkişaf etdirmək üçün yaxşı imkanlar vardır.
Əminəm ki, mövcud imkanlardan yararlanaraq xalqlarımızın və ölkərimizin rifahı, regionumuzda sülh, sabitlik və tərəqqinin bərqərar olması naminə Azərbaycan ilə Gürcüstan arasında müstəsna xarakter daşıyan əlaqələrin, strateji tərəfdaşlığın birgə səylərimizlə daha da möhkəmlənməsinə nail olacağıq.
Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, dost Gürcüstan xalqına daim əmin-amanlıq və rifah diləyirəm".
Eyni zamanda Gürcüstanın Prezidenti Salome Zurabişvili də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Mətndə deyilir:
"Zati-aliləri,
Gürcüstan ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizi Gürcüstan xalqı adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etmək istərdim.
Ölkələrimiz arasındakı mehriban qonşuluq münasibətlərinin çoxəsrlik tarixi vardır. Ölkələrimizin müstəqilliklərini bərpa edənədək üzləşdikləri çoxsaylı çətinliklərin təbii nəticəsidir ki, Gürcüstan və Azərbaycan nəinki dost dövlətlər olaraq qaldılar, bu münasibətlər strateji tərəfdaşlığa çevrildi.
Ölkələrimiz müstəqil və azad dövlətlər kimi öz ilk addımlarını atdıqları 30 il əvvəldə olduğu kimi, bu gün də dünyada sülh və sabitlik qarşısında böyük təhdid və çağırışlar dayanır. Regionumuzun sabitliyi və təhlükəsizliyi bu qlobal çağırışların öhdəsindən gəlmək baxımından mühüm əhəmiyyət kəsb edir.
İnanıram ki, ortaq səylərimiz sayəsində bu çağırışları imkanlara çevirərək ölkələrimiz arasındakı münasibətlərin daha da inkişafına töhfə verəcəyik. Əminəm ki, Gürcüstan və Azərbaycan nəinki regionumuzda, həmçinin qlobal səviyyədə təhlükəsizliyin və sabitliyin, o cümlədən iqtisadi inkişafın möhkəmlənməsinə böyük töhfə verəcəklər.
Zati-aliləri, Sizə bir daha ən yüksək ehtiramımı bildirir, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayır, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq diləyirəm".

Xəbərlər     Tarix: 18 noyabr 2022

Oxşar xəbərlər

Rheinmetall satışlarının 58 milyard avroya çatacağını gözləyir

Alman müdafiə sənayesi şirkəti Rheinmetall, 2030-cu il üçün satış hədəfini yüksəldərək yeniləyib. xəbər verir ki, şirkət onilliyin sonunda satışlarının təxminən 58 milyard avroya çatacağını açıqlayıb. Bu rəqəm əvvəlki 40–5

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

ABŞ körfəz ölkələrinə qabaqcıl süni intellekt çiplərinin satışını təsdiqləyib

ABŞ Körfəz ölkələrinə on minlərlə qabaqcıl süni intellekt çipinin satışını təsdiqləyib. xəbər verir ki, ABŞ, BƏƏ mərkəzli süni intellekt şirkəti G42 və Səudiyyə Ərəbistanında yerləşən rəqibi Humain-ə on minlərlə inkişaf etmi

AZAL şarj cihazlarından istifadə qaydalarına dəyişiklik edib

"Azərbaycan Hava Yolları" QSC (AZAL) hava nəqliyyatında portativ şarj cihazlarının ("powerbank") daşınması və istifadəsinə dair yeni qaydalar tətbiq edəcək. xəbər verir ki, bu, noyabrın 20-dən tətbiq ediləcək

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Azərbaycan böyük həcmli mis ixracına başlayıb

İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı

Fransa bizdən neft alışını 3 dəfədən çox artırıb

Azərbaycan Fransaya 281 min 055,52 ton xam neft ixrac edib. xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsiin hesabtına görə, bu miqdarda məhsulun dəyəri 143 milyon 049,38 min ABŞ dollar

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Hong Kong və Səudiyyə Ərəbistan 1 milyard dollarlıq fond yaradır

Hong Kong Pul Hakimiyyəti ilə Səudiyyə Ərəbistanının suveren varlıq fondu Səudiyyə Ərəbistanına genişlənməsini dəstəkləmək üçün 1 milyard dollar dəyərində fond yaratmağa hazırlaşır. xəbər verir ki, Hong Kongun Maliyyə Katib


iqtisadi xeberler valyuta kurslari kripto 1000 manatla biznes telefonla pul qazanmaq