Azərbaycan və İsveçrənin qarşılıqlı investisiya qoyuluşu - AÇIQLANIB
İndiyə qədər İsveçrə Azərbaycan iqtisadiyyatına 48 milyon ABŞ dolları, Azərbaycan isə İsveçrə iqtisadiyyatına 29 milyon ABŞ dolları investisiya yatırıb.
Azərbaycanda 60 İsveçrə şirkəti var
FED.az xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda iqtisadiyyat nazirinin müavini Elnur Əliyev bildirib.
"Azərbaycanın iqtisadi potensialı və inkişafı ölkəmizin biznesinə İsveçrəyə sərmayə qoymaq üçün böyük perspektivlər təklif edir. Bu baxımdan "SOCAR" brendi Azərbaycan biznesini İsveçrədə uğurla təmsil edir. Azərbaycan və İsveçrə arasında iqtisadi dövriyyənin artırılması üçün kifayət qədər geniş imkanlar var", - deyə o qeyd edib.
Nazir müavininin sözlərinə görə, hazırkı mürəkkəb regional geosiyasi mənzərə kontekstində Azərbaycan Avropanın enerji təchizatında həlledici həlqə rolu oynayır.
"Azərbaycan bərpa olunan enerji mənbələrinin bolluğu, eləcə də onların çatdırılması üçün əsas infrastrukturun olması səbəbindən yaxın gələcəkdə etibarlı enerji təchizatçısı kimi daha böyük rol oynamağa hazırlaşır. Azərbaycan və İsveçrənin "Energetika sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu" əlaqələrimizin daha da inkişafına imkan verəcək", - deyə o əlavə edib.
"Azərbaycan da İsveçrə investisiyalarının ölkəmizdə müasir texnologiyalara əsaslanan innovativ sənaye sahələrinə cəlb edilməsində maraqlıdır. "2022-2026-cı illər üçün ortamüddətli sosial-iqtisadi inkişaf strategiyası "yaşıl inkişaf", "rəqəmsal iqtisadiyyat" və "innovativ inkişaf" da daxil olmaqla bir sıra elementlərə güclü diqqət yetirir", - deyə E.Əliyev vurğulayıb. (Report)

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Dropshipping nədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt