Azərbaycan və Qazaxıstan prezidentləri Milli Parkda qurulan "Qazax yurtası" ilə tanış olublar – FOTO
Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan-Qazaxıstan diplomatik əlaqələrinin 30 illiyi münasibətilə Dənizkənarı Milli Parkda qurulmuş "Qazax yurtası" ilə tanış olublar.
AZƏRTAC xəbər verir ki, qazax xalqının milli geyimində olan qızlar dövlət başçılarını çörəklə qarşıladılar.
Prezidentlərə yurta barədə məlumat verildi.
Bildirildi ki, avqustun 1-də açılan "Qazax yurtası"nda dost və qardaş ölkənin turizm potensialı təqdim edilir. Avqustun 31-dək davam edəcək bu aksiyada "Welcome to KZ" informasiya-turizm mərkəzi tərəfindən ziyarətçilərə Qazaxıstanın müasir istirahət mərkəzləri, tarixi və adət-ənənələri, "Qazaxıstan" mehmanxanası, "Şımbulak" dağ-xizək kurortu, "Air Astana" aviaşirkəti, "Baykonur" kosmodromu, "Kıran" milli şahin ovu mərkəzi və digər turizm məkanları ilə bağlı ətraflı məlumat verilir, təqdimatlar nümayiş olunur, mədəni, konsert və əyləncə proqramları keçirilir. Yurta ziyarətçilərin Qazaxıstanın müasir inkişafı, mədəni və gəzməli-görməli yerləri, ölkənin tarixi və ənənələri ilə tanış olmaq, qədim köçərilərin dünyasına daxil olmaq, Böyük Çöl ölkəsinin melodiyalarını dinləmək, milli təamlarının dadına baxmaq imkanı yaradır.
Tanışlıq zamanı bildirildi ki, ənənəyə görə qazax milli süfrəsi ən hörmətli qonaqlar üçün açılır.
Qeyd edək ki, çoxəsrlik dostluq tellərinə və ümumi tarixə malik iki qardaş xalqın mənəvi yaxınlaşmasına və mədəni qarşılıqlı zənginləşməsinə yönələn bu tədbirlər Qazaxıstan səfirliyinin, "Discover Almaty" turizm şirkətinin, "Air Astana" aviaşirkətinin və Qazaxıstanın Azərbaycandakı Ticarət Evinin dəstəyi ilə təşkil olunub.
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev qazax musiqi qrupunun ifasını dinlədilər.
Sonra dövlət başçıları çay süfrəsi arxasında söhbət etdilər.

AZCON Holdinq-də – YENİ TƏYİNAT
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Birbank xidmətinə necə qoşulmaq olar?
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?
Startup nədir və necə olur?
"Freelance" nədir?