Azərbaycan və Rusiya ticarət dövriyyəsini təxminən 23 faiz artırıb
2022-ci ilin 11 ayı ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 3 milyard 264 milyon dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 22,9 faiz çoxdur.
Marja xəbər verir ki, bu barədə cümə günü Azərbaycan Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Komitənin məlumatına görə, yanvar-noyabr aylarında Azərbaycan məhsullarının Rusiyaya ixracı 859,3 milyon dollar (ötən illə müqayisədə 7,1 faiz çox), Rusiyadan idxalı isə 2 milyard 405 milyon dollar (ötən ilin eyni dövrü ilə müqayisədə 29,7 faiz çox) olub.
11 ayın yekunlarına əsasən, Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra 3-cü yeri tutub. Bu dövrdə Rusiya Federasiyası ilə ticarət əməliyyatlarının payı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 6,63%-ni təşkil etmişdir.
2021-ci ilin sonunda Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 12,1% artaraq 2,99 milyard dollara çatıb. Keçən il Rusiya ilə ticarət əməliyyatlarının payı Azərbaycanın ümumi xarici ticarət dövriyyəsinin 8,83 faizini təşkil edib.
/ marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın ən zəngin idmançıları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
"Coca-Cola" haqqında 5 maraqlı fakt