Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əczaçılıq və dənizçilik üzrə sənədlər imzalanıb
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə Azərbaycanın "Parla Pharmaceuticals" və Səudiyyə Ərəbistanının "National Development Group Holding"i arasında əczaçılıq sahəsində Anlaşma Memorandumu, "ADO-G" (Azərbaycan) və "SMI/BLUE MASAR" (Səudiyyə Ərəbistanı) arasında isə dənizçilik infrastrukturu üzrə razılaşma sənədi imzalanıb.
FED.az bu barədə KOBİA-ya istinadən xəbər verir.
Məlumata görə, sənədlərin imzalanması Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə müştərək Komissiyanın Ər-Riyadda keçirilən 8-ci iclası çərçivəsində təşkil olunmuş Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclasında baş tutub.
KOBİA və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının təşkilatçılığı ilə keçirilmiş tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları, o cümlədən sənaye, kənd təsərrüfatı, inşaat, əczaçılıq, xidmət, memarlıq və dizayn, logistika, turizm, bərpa olunan enerji kimi sektorlarda fəaliyyət göstərən Azərbaycan şirkətlərinin və biznes assosiasiyaların 30-a yaxın nümayəndəsi iştirak edib.
İclasda Azərbaycanın Baş nazirinin müavini Samir Şərifov və Səudiyyə Ərəbistanının investisiya naziri Xalid Alfaleh iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, investisiya qoyuluşu və ixrac imkanları barədə fikirlərini bölüşüblər.
İşgüzar Şuranın həmsədrləri - "Al Rajhi İnternational for İnvestment" şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Daxil və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, eləcə də İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov işgüzar dairələr arasında ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri, Azərbaycanda yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər, İşgüzar Şuranın fəaliyyəti barədə məlumat veriblər.
İclasda işgüzar dairələrin iştirakı ilə ortaq təşəbbüslərin və layihələrin reallaşdırılması, əməkdaşlığın genişləndirilməsi sahəsində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının imkanlarından istifadə məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Tədbirdə "ACWA Power" tərəfindən təqdimat, iş adamları arasında "B2B" görüşlər də keçirilib.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
ZARA-nın uğur hekayəsi
Elon Musk kimdir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
IMEI kod nədir?
Hazır bizneslərdə ən çox edilən 5 səhv