Azərbaycan vətəndaşı kimi yaşamaq istəyən ermənilər daha çox üstünlük təşkil edir - AÇIQLAMA

Azərbaycan vətəndaşı kimi yaşamaq istəyən ermənilər daha çox üstünlük təşkil edir - AÇIQLAMA"Ermənistanın "humanitar fəlakət" şousu davam edir və bu şounun ssenari müəllifləri və iştirakçıları tamaşanın sona çatmadan bitməsini həzm edə bilmirlər. Elə bunun nəticəsidir ki, dostlarının köməyinə arxalanan Ermənistan BMT-nin Təhlükəsizlik Şurasına şikayət edib. Havadarlarının dəstəyinə arxalanan ermənilər bununla nəyəsə nail ola biləcəklərini düşünsələr də, Laçın yolunun Azərbaycanın suveren ərazisi olduğunu unudurlar. Təhlükəsizlik Şurası üzvlərinin də məsələyə bu kontekstdən yanaşması gözlənilir".
Bunu KONKRET.az-a açıqlamasında politoloq Tural Əliyev deyib:
Azərbaycan vətəndaşı kimi yaşamaq istəyən ermənilər daha çox üstünlük təşkil edir - AÇIQLAMA"Hesab etmirəm ki, BMT TŞ tərəfindən hər hansı qətnamə qəbul edilsin. Yalnız tövsiyə xarakterli müəyyən şifahi çağırışlar yer ala bilər. BMT Təhlükəsizlik Şurasında Azərbaycanla ikitərəfli münasibətlərə malik ölkələrin yer almasını nəzərə alsaq, həmin ölkələr Azərbaycana aid hər hansı kəskin qətnamənin qəbul edilməsinə qarşı çıxacaqlar. Xatırlayırsınızsa, hələ 2020-ci ilin sentyabr ayında, Vətən müharibəsi zamanı Fransanın təkidi və təklifi ilə BMT TŞ-nin növbədənkənar sessiyasının çağırılması gündəmdə idi. Böyük Britaniyanın vetosu ilə bu məsələ gündəmdən çıxarıldı. Üstəgəl, BMT TŞ-nin daimi olmayan üzvləri arasında Qoşulmama Hərəkatında təmsil olunan ölkələr var. Qoşulmama Hərəkatının tərkibində Azərbaycanla ikitərəfli və çoxtərəfli münasibətlərə malik ölkələr var ki, onlar da bunun qarşısını alacaqlar".
Bəs Ermənistan nəyə görə bunda israr edir?
Politoloqun fikrincə, ermənilər məsələni daha çox gündəmdə saxlamaq niyyətindədir:
"Ermənistan bununla Azərbaycana qarşı təzyiq alətlərini işə salmaq və Azərbaycandan hansısa güzəştlər qoparmaq istəyir. Eyni zamanda, Laçın yolunu yenidən əvvəlki vəziyyətə gətirmək və maksimum o yoldan özlərinin maraqları çərçivəsində istifadə etmək niyyətindədirlər. Çünki qondarma rejim və Ermənistan yaxşı anlayır ki, Laçın yolu Azərbaycanın suveren hüquqları daxilindədir və yalnız bu yol Azərbaycanın tam nəzarətinə keçdikdən sonra onların qeyri-qanuni hərəkətlərinin qarşısı alınıb. Bununla da Qarabağdakı ermənilərin reinteqtrasiya prosesi sürətlənəcək. İndi onlar buna müqavimət göstərməyə çalışırlar. Azərbaycan regionda yeni reallıq yaratdığı üçün onun əksinə gedən istənilən təzyiqin qarşısı alınacaq. Çünki Azərbaycanın strateji tərəfdaşları ölkəmiz əleyhinə çirkin oyunun aparılmasına qarşıdır".
Vəli Həsənov,
KONKRET.az

Xəbərlər     Tarix: 14 avqust 2023

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Toyuq əti istehsalında kəskin artım - Necə olacaq?

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının məlumatı: . Azərbaycan quş qripindən azad ölkə statusunda: Quşçuluq sektoru bundan nə qazanır?. Son illərdə Azərbaycanın qeyri-neft sektorunda davaml

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə


iqtisadi xeberler biznes ideyalari dollar məzənnəsi bitcoin bitcoin qiymeti