Yaponiyanın istehsalında 19 aylıq daralma rekordu
Yaponiyanın istehsal sektoru, yeni sifarişlərdəki kəskin azalma səbəbindən oktyabrda son 19 ayın ən sürətli daralmasını qeydə alıb.
Biznes.az xəbər verir ki, Yaponiya İstehsal Satınalma Menecerləri İndeksi (PMI) sentyabrdakı 48,5 səviyyəsindən oktyabr ayında 48,3-ə enərək 2024-cü ilin mart ayından bəri ən aşağı səviyyəyə düşüb.
İndeks 4 aydır böyümə həddi hesab olunan 50 balın altında qalır.
Alt indekslərə baxıldıqda, zavod istehsalındakı azalma sentyabra nisbətən zəifləsə də, yeni sifarişlərdəki geriləmə sürətlənərək zəif tələbi üzə çıxarıb. Bununla yanaşı, yeni ixrac sifarişlərindəki azalma mart ayından bəri ən yavaş templə baş verib. Məlumatlar həmçinin Yaponiyanın sentyabrda beş aylıq fasilədən sonra ilk dəfə ixrac artışı qeydə aldığını göstərir.
İstehsal gözləntisi oktyabr ayında son üç ayın ən yüksək səviyyəsinə yüksəlib. S&P Global Market Intelligence-in İqtisadiyyat üzrə direktor müavini Annabel Fiddes bildirib ki, istehsalçılar xidmət sektoruna nisbətən daha nikbindirlər və qlobal iqtisadi bərpanın, yeni məhsul təqdimatlarının və elektronika tələbindəki artımın istehsalı dəstəkləyəcəyini gözləyirlər.
Xidmət sektorunda artım zəifləyərək oktyabrda 52,4-ə geriləyib, birləşdirilmiş PMI isə 51,3-dən 50,9-a düşərək son beş ayın ən zəif artımını göstərib. Fiddes qeyd edib ki, zəif yenin yanaşı artan məşğulluq, xammal və yanacaq xərcləri qiymət təzyiqlərini artırır.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
"Hermes" lizinqdən sonra kredit bazarına daxil olur – Yeni BOKT lisenziya aldı
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Biznes qurmaq üçün nə lazımdır?
Digital Card nədir?