Azərbaycan xaricdən Aİ-92 benzinin alışını tam dayandırıb

Azərbaycan xaricdən Aİ-92 benzinin alışını tam dayandırıbAzərbaycan 2022-ci ilin sentyabrdan xaricdən Aİ-92 markalı avtomobil benzinin idxalını dayandırıb. Bu barədə Banker.az-ın rəsmi göstəricilərə istinadən xəbər verir.
Azərbaycan 2022-ci ilin avqustuna qədər Rusiya, Qazaxıstan, Türkmənistan və Rumıniyadan idxal edirdi. 2022-ci ilin fevral-avqust aralığında 198.79 min ton, yaxud təqribən 268,57 mln. litr həcmində Aİ-92 markalı benzin idxal edib. İdxal edilmiş benzinin idxal dəyəri isə cəmi $223.46 mln. olub.
Hesablamalar göstərir ki, Aİ-92 benzinin bir litri  0.83 ABŞ dolları, yaxud 1.41 manat təşkil edib. Hansı ki, bu benzinin qiyməti tənzimlənən qiymətlər siyahısındadır və Tarif Şurası 2021-ci ildən onun qiymətini 0.90 manatdan 1.00 manata qədər qaldırmışdı.
Azərbaycan xaricdən Aİ-92 benzinin alışını tam dayandırıbAzərbaycan 2022-ci ilin avqust ayına qədər  Rumıniyadan 2.42 min ton ($3.27 mln.), Rusiyadan 136.69 min ton ($154.79 mln.), Türkmənistandan 4.28 min ton ($49.6 mln.) və Qazaxıstandan isə 3.53 min ton ($4 mln.) həcmində aşağı oktanlı olan benzin idxal etmişdi. Bu, Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan göstəricilərdə deyilir.
Avqust ayında isə yalnız Rusiyadan Aİ-92 benzini idxal edib və bu 13.31 min ton         ($11.8 mln.) təşkil edib. Cəmi olaraq isə fevral-avqust ayları ərzində Rusiyadan  150.01 min ton ($166.61 mln.) həcmində bu kodda məhsuldan idxal edilib.
Aprelin 4-dən SOCAR profilaktik işlərin aparılması üçün Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun fəaliyyətinin dayandırılması prosesinə başlamışdı. NEZ ildə orta hesabla 1-1.2 milyon ton avtomobil benzini (2021-ci ild 1.26 milyon ton), liqroin (400.7 min ton, dizel yanacağı (2.4 milyon ton), soba mazutu (105 min ton), sürtkü yağları (49.1 min ton), neft koksu (255.3 min ton), neft bitumu (362.2 min ton), təyyarə yanacağı (490.1 min ton) istehsal edir.
Müəssisədə istehsal olunan "Aİ-92" markalı benzinin mühüm hissəsi daxili bazara yönəlir.
DSK-nin son göstəriciləri bunu deməyə əsas verir ki, artıq istehsal prosesi bərpa olunub. 2022-ci ilin yanvar-oktyabr aylarında benzin istehsalının həcmi 1.04 mln. tona yaxın olmaqla öncəki ili 0.7% üstələmiş olub.
Azərbaycan xaricdən Aİ-92 benzinin alışını tam dayandırıb

Xəbərlər     Tarix: 17 noyabr 2022

Oxşar xəbərlər

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır

Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Ali təhsil müəssisələrinə qəbul olunanların NƏZƏRİNƏ: Qeydiyyat başladı

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayıb. xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, qeydiyyat sentyabrın 8-də saat 18:00-dək davam edəcək. Qeyd edək ki, qəbul olunanları

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd


iqtisadi xeberler investisiya valyuta xeberleri depozit faizleri birbank