Azərbaycan xarici investorlar üçün də şirkət qeydiyyatını sadələşdirir

Azərbaycan xarici investorlar üçün də şirkət qeydiyyatını sadələşdirirBiznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəhbərlik etdiyi "Biznesə daxilolma" işçi qrupunun videokonfrans formatında iclası keçirilib. 
Görüşdə Dövlət Vergi Xidməti ilə yanaşı, Xarici İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi,  Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, habelə ölkənin aparıcı konsaltinq şirkətlərinin nümayəndələri iştirak ediblər.
İclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş "Dünya Bankı Qrupunun "Əlverişli Biznes Mühiti" layihəsinin "Biznesə daxilolma" indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2022-2023-cü illər üzrə Yol Xəritəsi"ndə nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə bu ilin 1-ci rübündə görülmüş işlər barədə məlumat verilib. Tədbir iştirakçıları Yol Xəritəsinin xarici investisiyalı hüquqi şəxslər üzrə xarici dildə sənədlərin autentifikasiyası istiqamətində nəzərdə tutulan işləri müzakirə ediblər. Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində xidmətlər baş idarəsinin Nəzarət-analitik iş üzrə qrupunun rəhbəri Leyla Bərxudarzadə xarici mənşəli sənədlərin tərcüməsinin elektron qaydada rəsmiləşdirilməsi ilə bağlı xidmətin yaradılması istiqamətində aparılmış işlər barədə məlumat verərək bildirib ki, bu xidmət elektron apostil verilmiş xarici mənşəli sənədləri müvafiq proqram vasitəsilə yoxlamaqla onların tərcüməsinin informasiya sistemi üzərindən notarius tərəfindən distant qaydada rəsmiləşdirilməsi və ünvana çatdırılmasını nəzərdə tutur. 
Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Vətəndaşlıq məsələləri şöbəsinin müdiri Ziya Fətəliyev Azərbaycan Respublikasının xarici ölkələrdəki konsulluqları tərəfindən "Elektron notariat" informasiya sistemi çərçivəsində leqallaşdırılmış sənədlərin elektron nüsxələrinin hazırlanması, tərcüməsi və notarial rəsmiləşdirilməsindən sonra müraciət edən şəxslərə çatdırılması işinin təşkilinə dair görülən işlər barədə danışıb. 
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında "Azintelecom" MMC-nin Hüquq və sənədlərə nəzarət departamentinin direktoru Kaul Məmmədov Yol Xəritəsi çərçivəsində tətbiqi imkanları araşdırılan "Açıq açarlar infrastrukturu" barədə məlumat verib, bununla bağlı indiyədək görülmüş işləri işçi qrup üzvlərinin diqqətinə çatdırıb.  
İşçi qrupun rəhbəri, Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva qeyd olunan layihələrin həyata keçirilməsi istiqamətində səylərin artırılmasını, dövlət qurumları arasında koordinasiyanın gücləndirilməsi zərurətini vurğulayıb. Bildirib ki, xarici investisiyalı hüquqi şəxslərin qeydiyyatı proseslərinn sadələşdirilməsi sərmayələrin cəlbi baxımından ölkəmiz üçün əhəmiyyət kəsb edir. Azərbaycanın yerli investisiyalı hüquqi şəxslər üçün yaradılmış asan qeydiyyat imkanları beynəlxalq miqyasda yüksək qiymət alıb və dövlətimiz bu prosesi xarici investorlar üçün də sadələşdirmək niyyətindədir. 
Yol Xəritəsinin reallaşdırılması prosesində ictimaiyyətin və ekspertlərin iştirakına xüsusi önəm verilir. Özəl sektor nümayəndələri Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın https://azranking.az internet portalının "onlayn müraciət" (https://azranking.az/online-apply) bölməsi və "Təklif göndər" onlayn xidməti vasitəsilə işçi qrupun işində iştirak edə, müvafiq məsələlər barədə təkliflər verə bilərlər. / marja.az

Maliyyə     Tarix: 28 aprel 2023

Oxşar xəbərlər

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Azərbaycan iqtisadiyyatı 1,4% böyüyüb, istehlak qiymətləri 5,7% artıb

2026-cı ilin yanvar–iyul aylarında Azərbaycanda 76 milyard 817,7 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub. Ölkə iqtisadiyyatı real ifadədə 1,4% böyüyüb. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisad

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını

Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric


iqtisadi xeberler dollarin kursu bu gun pul qazanmaq biznes ideyalari online pul qazanmaq