Azərbaycan yanvar-fevral aylarında Türkiyəyə qaz ixracını 10% artırıb
Azərbaycan 2023-cü ilin yanvar-fevral aylarında Türkiyəyə "Şahdəniz" yatağından hasil edilən 1 milyard 697.58 milyon kubmetr qaz ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 10% çoxdur. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) məlumatında deyilir.
2023-cü ilin fevral ayında Azərbaycandan Türkiyəyə 815.73 milyon kubmetr qaz ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9.12% çoxdur. Bu dövrdə Türkiyəyə qaz ixracının ümumi həcminin 13.57%-i Azərbaycanın payına düşüb.
Azərbaycan fevralda Türkiyəyə qaz ixracının həcminə görə üçüncü pillədə qərarlaşıb. Birinci pillədə 34.37%-lə Rusiya, ikinci pillədə 16.99%-lə ABŞ, dördüncü pillədə 11.19%-lə Əlcəzair yer alıb.
Fevralda Türkiyəyə 6 milyard 11.56 milyon kubmetr qaz (2022-ci ilin fevral ayı ilə müqayisədə azalma 4.16%) ixrac edilib. 3 milyard 147.33 milyon kubmetr boru kəməri qazının (bütün ixracın 52.35%-i, azalma 12.92%), 2 milyard 864.23 milyon kubmetr (bütün ixracın 47.65%-i, artım 7.75%) isə LNG-nin payına düşüb.
Fevralda Türkiyəyə qaz ixracı 12 ölkədən (Azərbaycan, Rusiya, İran (boru kəmərləri ilə), ABŞ, Anqola, Əlcəzair, Fransa, Misir, Mozambik, Nigeriya, Norveç Trinidad və Tobaqo – LPG) həyata keçirilib. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Shopify-da necə satışa başlamaq olar?
Biznes nədir və hansı növləri var?
Green Card nədir və onu necə əldə etmək olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?