Azərbaycana ADB-nin vitse-prezidentinin səfəri başlayıb
Asiya İnkişaf Bankının (ADB) vitse-prezidenti Şiksin Çenin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.
Sentyabrın 15-dək davam edəcək səfər zamanı yüksək səviyyəli qonaqların hökumətin iqtisadi blokuna daxil olan rəsmi şəxslərlə görüşləri nəzərdə tutulub.
Səfərin əsas məqsədi ADB-nin fəaliyyətini müşahidə etmək, ölkənin inkişaf tələblərini daha yaxşı öyrənmək və 2023-cü ildə hazırlanacaq Ölkə üzrə Tərəfdaşlıq Strategiyasının əsas istiqamətləri üzrə məsləhətləşmələr aparmaqdır.
Səfər çərçivəsində vitse-prezident Şiksin Çenin Naxçıvan Muxtar Respublikasına, Ş.Çeni səfərdə müşayət edən bankın baş direktoru Yevgeni Jukovun isə işğaldan azad olunmuş Ağdam rayonuna səfərləri də nəzərdə tutulub.
Qeyd edək ki, 22 dekabr 1999-cu ildən üzvlüyə qəbul olunmuş Azərbaycan ötən dövrdə 80-dən artıq layihəyə kredit, zəmanət, texniki dəstək qrantları qismində ADB tərəfindən 5 milyard ABŞ dollara yaxın vəsait alıb.

Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Dünyanın ən çox maaş verən şirkətləri
SMM nədir?
Fond birjası nədir?
"iPhone 15" modelinin üstünlükləri
Biznes təlimlər və tədris üsulları