Azərbaycana çay idxalına daha çox valyuta xərclənib
2022-ci ilin 11 ayı ərzində (yanvar-noyabr) Azərbaycana 68 milyon 802 min dollar dəyərində 13 min 155 ton çay idxal edilib.
Marja.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 11 ayı ilə müqayisədə çay idxalı dəyər ifadəsilə 23,9%, miqdar ifadəsilə 3,8% artıb.
2021-ci ilin 11 ayı ərzində Azərbaycana 55 milyon 545 min dollar dəyərində 12 min 669 ton, 2021-ci ilin 12 ayı ərzində isə 61 milyon 858 min dollar dəyərində 13 min 965 ton çay idxal edilmişdi.
Çay idxalının dəyər ifadəsilə miqdar ifadəsindən daha sürətli artması xaricdən idxal olunan çayların bahalaşdığına işarədir.
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ING analitiklərinin fikrincə, dollar üzrə qısamüddətli risklər bir qədər yuxarı istiqamətli olsa da, dollar indeksinin (DXY) 2025-ci ilin may ayında gördüyü yüksək səviyyəyə yenidən çatması çətin görünür. Analitiklər avro/dolla
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro