Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb
2025-ci ildə Azərbaycanda əsas kapitala yönəldilən xarici investisiyalarda ən böyük paya sahib ölkələr məlum olub.
Nazir: "2025-ci ildə xarici mənbələrdən əsas kapitala investisiyalar 24% artıb"
biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı"nda məlumat verilib.
Hesabata əsasən, ötən il ölkədə əsas kapitala yönəldilmiş 21,2 mlrd. manat investisiyanın 19,8%-i və ya 4,2 mlrd. manatı xarici mənbələr hesabına formalaşıb. Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaiti hesabına əsas kapitala yönəldilən 4,0 mlrd. manat vəsaitin 96,3%-i Birləşmiş Krallıq, BƏƏ, Türkiyə, Rusiya, ABŞ, İsveçrə, Yaponiya, İran, Macarıstan, Hindistan və Fransa sərmayədarlarına məxsus olub.
Ümumilikdə, 2025-ci ildə Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 21,2 mlrd. manat vəsait yönəldilib. Bunun 74,8%-i və ya 15,9 mlrd. manatı qeyri-neft-qaz sektoruna, 25,2%-i və ya 5,3 mlrd. manatı isə neft-qaz sektoruna yatırılıb. Əvvəlki illə müqayisədə qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən ölkə iqtisadiyyatına yatırılmış vəsaitlərin həcmi 11,5%, o cümlədən bu sektorun sərmayədarları tərəfindən qeyri-neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi isə 11,1% artıb. / fed.az

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR
İlkin hesablamalara görə, bankların gəlirləri 75%, xalis mənfəəti 88% artıb
Azərbaycan bankları komissiyalardan 344 milyon manat qazanıb
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib
AZCON Holding-in IE Universiteti ilə birgə həyata keçirdiyi "Global Senior Management" proqramı uğurla yekunlaşıb
Azərbaycanın sığorta şirkətlərinin renkinqi – 2026-cı ilin 9 ayı
Bu sığorta şirkəti topladığından daha çox sığorta ödənişi həyata keçirib
PAŞA Sığorta bazar payını artırıb – Yığımları 309 milyon manata yaxınlaşıb
Azərbaycan bankları əmanətlərə görə 1 milyard manatdan çox faiz ödəyib
Sığorta şirkətinin ödənişləri yığımlarına yaxınlaşıb
Shopify-da necə satışa başlamaq olar?
Az pulla hansı işi qurmaq olar?
2026-ci ilin TOP-5 onlayn biznes ideyası
Onlayn biznes növləri
Onlayn mağazalarda edilən TOP-5 səhvlər nələrdir?