Azərbaycana qoyulan investisiya azalıb - RƏSMİ AÇIQLAMA
2022-ci ilin yanvar ayında Azərbaycanda əsas kapitala 658,1 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq ayı ilə müqayisədə 11,1 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən FED.az-a verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 12,7 faiz azalıb.
İstifadə olunmuş vəsaitin 474,9 milyon manatı və ya 72,2 faizi məhsul istehsalı sahələrinə, 125,0 milyon manatı (19,0 faizi) xidmət sahələrinə, 58,2 milyon manatı (8,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 362,0 milyon manatını və ya 55,0 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 399,6 milyon manatı və ya 60,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 83,1 faiz, əhalinin şəxsi vəsaitləri 9,6 faiz, büdcə vəsaitləri 3,5 faiz, sair vəsaitlər 3,1 faiz, bank kreditləri isə 0,7 faiz təşkil edib.

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Dropshipping nədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt