Azərbaycana təbii qaz ixracından daxil olan valyuta kəskin azalıb
2023-cü ilin ilk 3 ayı ərzində Azərbaycandan 6 milyard 829 milyon 136 min dollarlıq neft-qaz sektoruna daxil olan mallar ixrac edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 424 milyon 586 min dollar və ya 5,9% azdır. Ötən ilin ilk 3 ayında Azərbaycandan 7 milyard 253 milyon 722 min dollar dəyərində neft-qaz sektoruna daxil olan mallar ixrac edilmişdi. Azalmanın səbəbi təbii qaz qiymətlərinin düşməsilə əlaqədar olaraq təbii qaz ixracından gəlirlərin azalmasıdır.
Marja Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, xam neft ixracının məbləği ötən ilin ilk rübündəki 3 milyard 680 milyon 31 min dollardan cari ilin ilk rübündə 4 milyard 272 milyon 127 min dollara yüksəlib (592 milyon 96 min dollar artıb), təbii qaz ixracının məbləği isə 3 milyard 463 milyon 858 min dollardan 2 milyard 346 milyon 973 min dollara düşüb (1 milyard 116 milyon 885 min dollar azalıb).
Azərbaycandan neft koksu, neft bitumu və digər məhsullar da ixrac edilib. / marja.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın əh bahalı brendləri - TOP-10
İKEA şirkətinin tarixi
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın ən zəngin idmançıları