Azərbaycanda 5G Strategiyasının hazırlanması ilə bağlı İşçi Qrupu yaradılıb

Azərbaycanda 5G Strategiyasının hazırlanması ilə bağlı İşçi Qrupu yaradılıbAzərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu – Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ilə Azərbaycanda "5G Strategiyasının hazırlanması üzrə" İşçi Qrupu yaradılıb.
Bu barədə nazirlikdən məlumat verilib.
İşçi Qrupu İKTA-nın Azərbaycanda 5G infrastrukturunun qurulması və geniş tətbiqi məqsədilə 5G Strategiyasının hazırlanması üzrə tədbirlər planı çərçivəsində yaradılıb. İşçi Qrupunda ölkədə 5G şəbəkəsinin tətbiqində maraqlı olan bazar iştirakçılarının, o cümlədən yerli mobil operatorların, telekommunikasiya sahəsində fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri təmsil olunur.
İşçi Qrupunun əsas məqsədi Azərbaycanda növbəti illər ərzində rəqəmsal cəmiyyətin davamlı inkişafını təmin etmək üçün ən müasir və yeni yaranan texnologiyaların yayılması üzrə tələbləri özündə əks etdirən vahid 5G Strategiyasını hazırlamaqdır.
5G Strategiyasının məqsədi ölkədə təhlükəsiz və dayanıqlı beşinci nəsil (5G) infrastrukturunun inkişafı və tətbiqi üçün bütün maraqlı tərəflərin yanaşmalarını nəzərə almaqla strateji yanaşmanı formalaşdırmaq və müştəri təcrübəsində əhəmiyyətli təkmilləşdirmələrə nail olmaqdır.
İşçi Qrupunun iştirakı ilə mütəmadi görüşlərin keçirilməsi, 5G Strategiyasının hazırlanması zamanı vacib olan mərhələlər və onların icrası ilə bağlı görüləcək işlərə dair müzakirələrin aparılması nəzərdə tutulur. / banker.az

Xəbərlər     Tarix: 12 iyun 2023

Oxşar xəbərlər

AQTA qəfil qaraja daxil olub - Minlərlə şübhəli məhsul tapılıb

Vətəndaş müraciəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Çöl Şüvəlan qəsəbəsi, Minutka küçəsi ünvanında yerləşən "Best for Bar" MMC-yə məxsu

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı neft ucuzlaşıb. xəbər verir ki, dünya bazarında Azərbaycan neftinin 1 barelinin qiyməti 0.07 ABŞ dolları və ya 0.07% azalaraq 95.5 ABŞ dolları təşkil edib. Xatırladaq ki, neftimizi

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Vətəndaşlara XOŞ XƏBƏR: Kredit riskləri sığortalanacaq - VİDEO

Artıq kredit risklərinin sığortalanması tətbiq oluna bilər ki, bu da gələcəkdə kredit faizlərinin azalmasına təsir göstərə bilər. Yeni mexanizm istehlak və ipoteka kreditləri üzrə risklərin sığortalanmasını əhatə edir. B


iqtisadi xeberler telefonla pul qazanmaq iqtisadiyyat xeberleri internetden pul qazanmaq kripto