Azərbaycanda başqa ölkə vətəndaşı kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməyəcək
Azərbaycanda başqa ölkə vətəndaşı kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi ola bilməyəcək.
Bununla bağlı "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" qanuna yeni 20-3.5-ci maddə əlavə edilir.
Yeni maddəyə əsasən, kritik informasiya infrastrukturu subyektlərinə xidmət göstərən kibertəhlükəsizlik xidməti provayderinin təsisçisi və onun səlahiyyətli nümayəndəsi, eləcə də provayderin kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə fəaliyyətinə rəhbərlik edən şəxs və bu fəaliyyətə cəlb edilmiş digər əməkdaşlar Azərbaycan Respublikasının vətəndaşı olmalıdırlar.
Qanuna təklif olunan digər dəyişikliklə isə səlahiyyətli orqan kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə tələblərə riayət olunmasını kritik informasiya infrastrukturu subyektindən tələb edə biləcək.
Dəyişiklik layihəsi parlamentin bugünkü iclasında birinci oxunuşda müzakirə ediləcək. / banker.az

AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Elektron siqaret satan şəxs – CƏRİMƏLƏNDİ
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
Menyunu düzgün tərtib etməyən restoran sahibi – CƏRİMƏLƏNDİ
İnstaqramda biznes qurmağın yolları
1000 manatla hansı biznesi qurmaq olar?
Ən bahalı otellər hansılardır?
İKEA şirkətinin tarixi
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət