Azərbaycanda daha 21 nəfərin bank kartı talanıb
Azərbaycanda kibercinayətkarların bank kartlarını talama halları davam edir.
Təhlükəsizlik qaydalarına əməl etməyən daha 21 vətəndaşın bank kartından müxtəlif məbləğlərdə pul oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
"Mayın 31-də 21 vətəndaşımızın bank kartı məlumatları aldadılıb alınmaqla – 10500, 10245, 4200, 2200, 1880, 1500, 1000, 927, 900, 900, 820, 730, 550, 544, 520, 450, 220, 100, 96, 44, 30 manat məbləğində pulu oğurlanıb.
Vətəndaş satışa qoyduğu əşyanı almaq üçün Qazaxıstan nömrəsindən zəng edən naməlum şəxsə bank kartı məlumatlarını verməklə 10500 manatını oğurlatdırıb. Naməlum şəxs ona da söz verib ki, beh göndərir, həmin əşyanı gəlib götürəcəklər.
Başqa bir vətəndaş isə 10245 manat pulu investisiya adı ilə kriptovalyuta oyununda naməlum hesablara köçürüb. Ona da söz veriblər ki, hər saatdan bir qoyduğunuz məbləğ 10-20-30 faiz artacaqdır.
Kiber dövrdə hər kəs şəxsi məlumatlarını qorumalıdır. Pulu oğurlanan insanları unutmayaq!", – E.Hacıyev deyib.
DİN rəsmisi onu da əlavə edib ki, düşüncə dəyişməlidir:
"Təhlükə var və heç kim kiber təhlükədən sığortalanmayıb. Məxfilik yemək və nəfəs almaq kimi həyatın əsas tələblərindən biridir". / banker.az

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Dünyanın əh bahalı brendləri - TOP-10
İKEA şirkətinin tarixi
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Dünyanın ən zəngin idmançıları