Azərbaycanda daha 6 KOB subyektinə "Startap" şəhadətnaməsi verilib
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 6 KOB subyektinə "Startap" şəhadətnaməsi verib.
Daha 8 şəxsə "Startap" şəhadətnaməsi verildi - 3 İL VERGİLƏRİ ÖDƏMƏYƏCƏKLƏR
FED.az KOBİA-ya istinadən xəbər verir ki, bununla da "Startap" şəhadətnaməsi almış KOB subyektlərinin sayı 188-ə çatıb.
"Startap" şəhadətnamələri "Sampler" MMC-nin şirkətlər üçün ödənişsiz məhsul nümunələrinin potensial alıcılara çatdırmaq üçün onlayn marketinq platforması, "Professor Rahimov Academic Medical Center" MMC-nin tibb müəssisələrinin işinin ekoloji standartlara uyğun təşkili və idarə edilməsi üçün proqram təminatı, fərdi sahibkar Aytac Mütəllimovanın əl baqajlarının saxlanılması üçün özünəxidmət köşkləri, "Vita Travel" MMC-nin sanatoriya və sağlamlıq otellərinin rezervasiyası üçün onlayn platforma, "Suber" MMC-nin içməli su sifarişi üçün mobil tətbiq, "Buylink" MMC-nin rəqəmsal tövsiyə proqramları üçün marketinq tətbiqi layihələri üçün təqdim edilib.
"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar:

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Kriptovalyuta məzənnəsi necə analiz olunur?
Bitcoin necə işləyir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 müğənnisi