Azərbaycanda daha bir sinfin bütün şagirdləri tələbə oldu
İsmayıllı şəhər 5 saylı tam orta məktəbdə eyni sinfin bütün məzunları tələbə adını qazanıblar.
azxeber.com Modern.az-a istinadən xəbər verir ki, 5 saylı tam orta məktəbin şagirdləri təhsil uğurlarını bu il də təkrarlayıblar. Belə ki, bir sinfin şagirdlərinin hamısı - 17 məzun keçid balını toplayaraq arzuladıqları ali məktəblərə qəbul olublar.
Texniki təmayüllü XI b sinfinin şagirdlərindən 3 nəfəri 600, 5 nəfəri isə 500-dən artıq bal toplayıb. Həmin sinfin məzunu Aydınov Aydın Simran oğlu 676,1 balla rayon birincisidir. O, UNEC-in "İnformasiya təhlükəsizliyi" fakultəsinə daxil olub.
Qeyd edək ki, İsmayıllı şəhər 5 saylı tam orta məktəbdə 985 nəfər şagird təhsil alır. Həmin şagirdlərin təlim-tərbiyəsi ilə 69 müəllim məşğul olur. Bu il məktəbi bitirən 51 məzundan 34 nəfəri ali məktəbə qəbul olub.
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind