Azərbaycanda dövlət müəssisələrinin yaradılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda dövlət müəssisələrinin yaradılması və fəaliyyətinə rəqabət baxımından nəzarətin gücləndirilməsi istiqamətində yeni tədbirlər nəzərdə tutulur.
Dövlət müəssisələrinin Maliyyə Nazirliyinə təqdim edəcəyi məlumat və hesabat formaları təsdiqlənib
biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu, Dünya Bankı Qrupunun "Business Ready" hesabatının "Bazar rəqabəti" indikatoru üzrə 2026-cı il üçün Yol Xəritəsində öz əksini tapıb.
Sənədə əsasən, təmərküzləşmələrə nəzarət və dövlət müəssisələrinin yaradılması üzrə mövcud qiymətləndirmə mexanizmlərinin tətbiqi praktikasının və boşluqların diaqnostik təhlili aparılacaq.
Dövlət müəssisələrinin yaradılmasını rəqabət orqanı qiymətləndirəcək.
Bu çərçivədə həmin müəssisələrin fəaliyyətində sağlam rəqabətin pozulmasına səbəb ola biləcək halların mövcudluğu və yaxud rəqabət baxımından neytrallığı araşdırılacaq.
Bununla bağlı qanunvericiliyə dəyişiklik edilməsinə dair təkliflərin təkmilləşdirilərək aidiyyəti üzrə təqdim edilməsi nəzərdə tutulur. Müvafiq tədbirlərin 1 sentyabr 2026-cı ilə qədər icrası planlaşdırılır.
Eyni zamanda, dövlət müəssisələri yaradılarkən və onların fəaliyyəti dövründə rəqabəti məhdudlaşdıra biləcək təsirlərin qarşısının alınması məqsədilə müvafiq yoxlamalar aparılacaq.
Tədbirlərin icrasını Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Ədliyyə Nazirliyi həyata keçirəcək. (Report)

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Onlayn biznes növləri
Proqramçılar üçün TOP-5 Freelance sayt
"Coca-Cola" haqqında 5 maraqlı fakt
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Green Card nədir və onu necə əldə etmək olar?