Azərbaycanda əmtəəlik qaz hasilatının pik həddə çatacağı vaxt açıqlanıb
Azərbaycanda əmtəəlik qaz hasilatı 2025-ci ildə pik həddə çatacaq.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi"nin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir bildirib ki, 2024-2027-ci illərdə neft-qazı sahəsində gəlirlər 1.7% azalacaq.
"ÜDM-in artım tempi 2024-cü ildə baza ssenarisində 2.4% və ya 118.4 mlrd. manat gözlənilir. Baza ssenarisi ilə müqayisədə optimist ssenaridə real artım 3.3 faiz (0.9 faiz-bənd çox) və ya 128.7 mlrd. manat (10.3 mlrd. manat çox), pessimist ssenaridə isə real artım -0.1 faiz (2.5 faiz-bənd az) və ya 103.0 mlrd. manat (15.4 mlrd. manat az) təşkil edəcək. qiymət artımına təsir edən xarici və daxili amillər, o cümlədən qlobal bazarda qiymətlərin aşağı düşəcəyi proqnozlaşdırılır. Ölkədə dayanıqlı inkişaf üçün formalaşmış təməllər, ərazilərimizin işğaldan azad olunması ilə yaradılan yeni reallıqlar uzun müddət Azərbaycan iqtisadiyyatında inkişafın olacağını deməyə əsas verir. Dövlət müəssisələrində aparılan islahatlar, rəqabət mühitinin gücləndirilməsi iqtisadi artımın sürətlənməsi üçün əlavə fürsətlər açır. Ölkə başçısının son 20 il ərzində xalqımızın rifahı üçün zəhməti buna böyük töhfə verəcək", – Mikayıl Cabbarov qeyd edib. / banker.az
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Dollar neçəyə olacaq? - AÇIQLANDI
Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb