Azərbaycanda fintek startapların qlobal yarışmaya ərizələrinin qəbulu başladı

Azərbaycanda fintek startapların qlobal yarışmaya ərizələrinin qəbulu başladıAçıq innovasiyaların qlobal yarışması olan Visa Everywhere Initiative 2023 (VEI) müsabiqəsində iştirak üçün Azərbaycandan da ərizələrin qəbuluna başlanıb.
"Visa Azərbaycan"ın yaydığı məlumatda bildirilir ki, bu müsabiqədə iştirak edən startapçılar ödəmələr və ticarət sahəsində gələcəyin çağırışlarını çözmək üçün ən qabaqcıl məhsullarını təqdim edirlər. Ərizələrin qəbulu saytda mayın 14-dək davam edəcək.
Pul mükafatlarından savayı VEI qalibləri Visa-nın bankçılıq, ticarət, vençur və dövlət sektorlarında geniş tərəfdaşlar şəbəkəsinə çıxış əldə edirlər. Qaliblər həmçinin ən etibarlı və dəyərli qlobal brendlərdən biri tərəfindən tanınır.
Mərkəzi və Şərqi Avropa – Yaxın Şərq – Afrika (ingiliscə ixtisarı CEMEA) regionunda seçmə müsabiqəsinin finalı 27 iyulda TechCrunch platformasında (texnoloji sektor və startap ekosistemi üzrə ixtisaslaşan aparıcı onlayn dərgi) canlı yayımlanacaq. Regional müsabiqənin qalibi ABŞ-ın San-Fransisko şəhərində TechCrunch Disrupt konfransı çərçivəsində keçiriləcək qlobal finalda iştirak etmək haqqı qazanacaq.
Bu il CEMEA regional müsabiqədə ilk dəfə Fintechs Innovating in Risk Excellence ("Finteklərin risk mükəmməlliyində innovasiyaları") və ya qısaca FIIRE adlı yeni mükafat təqdim olunacaq. Visa-nın Emirates NBD bankı ilə keçirtdiyi bu xüsusi nominasiyada dələduzluqla mübarizə, kibertəhlükəsizlik və kredit risklərinin idarə edilməsi ilə məşğul olan startaplar yarışacaqlar. Visa və Emirates NBD tərəfindən birgə qiymətləndirmədən sonra qalib layihə təyin olunacaq. Qalib 25 000 ABŞ dolları mükafat, eləcə də regionun  aparıcı banklarından biri olan Emirates NBD ilə işbirliyi qurmaq fürsətini əldə edəcək. 
"Visa Everywhere Initiative müsabiqəsi fintek şirkətlərinə və sahibkarlara ödəmələr və ticarət sahəsində ən innovativ və effektiv həlləri nümayiş etdirməyə imkan verən platformadır", - deyə Visa-nın baş direktoru, Azərbaycan üzrə meneceri Nurlan Hacıyev bildirib. – Finteklər nəhəng potensiala malikdirlər: yüksək texnologiyalı yeniliklər sayəsində onlar fəaliyyət göstərdikləri bazarlara, xüsusən də ənənəvi olaraq maliyyə xidmətləri ilə yetərincə əhatə olunmayan insanlara böyük sosial faydalar gətirə bilərlər. Visa-da biz hesab edirik ki, rəqəmsal iqtisadiyyata əlçatanlıq ədalətli və inklyuziv inkişafa təkan verir, və VEI müsabiqəsi bu yolda liderlik edən novatorları dəstəkləmək üçün mühüm vasitədir."
VEI proqramına 2015 ildə start verildiyindən etibarən, dünyanın 100-dən çox ölkəsindən olan şirkətlər 16 milyard ABŞ dollarından artıq maliyyə resursları əldə ediblər. Bundan başqa, bütün dünyanı əhatə edən 12 000 startapdan ibarət bir camiə yaradılıb. Dünyanın beş regionundan 4 000 startapların iştirak etdiyi ötən ilki müsabiqənin mükafat fondu 530 000 ABŞ dollarından artıq idi. VEI 2022-nin böyük qalibi olmuş Nigeriyanın ThriveAgric şirkəti 100 000 dollar məbləğində VEI Global mükafatı, eləcə də 20 000 dollarlıq Visa Direct xüsusi mükafatı aldı.
VEI iddialı, innovativ sahibkarlar axtarır. Məqsəd yerli icmaların imkanlarını genişləndirərək istənilən miqyasda və sektorda fəaliyyət göstərən bizneslərə ödəmələr və ticarət sahəsində həllər təqdim etməkdir.
2023 ildə regional mükafatlar
VEI CEMEA Regionals – birinci yer: 20 000 ABŞ dolları
VEI CEMEA Regionals – tamaşaçı rəğbəti mükafatı: 10 000 ABŞ dolları
VEI CEMEA Regionals – risklərin idarə edilməsi sahəsində xüsusi nominasiyanın qalibi: 25 000 ABŞ dolları
Qlobal finalın təltifləri və pul mükafatları
VEI Global – mütləq qalib: 50 000 ABŞ dolları
VEI Global – tamaşaçı rəğbəti mükafatı: 10 000 ABŞ dolları
VEI Global – Visa Direct: 10 000 ABŞ dolları
Bundan əlavə, 5 finalçının hamısı öz şirkətlərini TechCrunch Disrupt konfransında Expo Hall firma pavilyonunda təqdim edə biləcək.
Mütləq qalib və Visa Direct nominasiyasında qalib həmçinin tamaşaçı rəğbəti mükafatına iddia edə bilərlər. 
Azərbaycanda müsabiqədə iştirak ərizələrinin verilməsi üçün son müddət 14 maydır.  / marja.az

Banklar     Tarix: 20 aprel 2023

Oxşar xəbərlər

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub

Gələcəyin maliyyə savadlı cəmiyyətinin formalaşmasına töhfə verməyi hədəfləyən Bank of Baku növbəti maliyyə savadlılığı təşəbbüsünü regionda həyata keçirib. Bankın Şirvan şəhərində Elçin İmanov adına 10 nömrəli tam orta məktəbd

ABŞ-ın ən böyük bankı Dubayda yeni filial açıb

ABŞ-ın bankçılıq və investisiya xidmətləri sahəsində fəaliyyət göstərən "JPMorgan Chase" bankı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində varlı müştərilərə xidmət göstərmək üçün yeni özəl bankçılıq filialı açıb

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"

Azərbaycan Mərkəzi Bankı 2026-cı ilin sonunadək valyuta bazarında alışyönümlü müdaxilələrini davam etdirə bilər. Növbəti iki ayda 500 milyon – 1 milyard ABŞ dolları həcmində valyuta alışının həyata keçirilməsi ehtimal olunur

İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir

Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilən ipoteka kreditləri ilə bağlı qaydalara dəyişiklik edilib. Yeniliklər həm kredit götürə biləcək şəxslərə, həm də müraciət prosesinə aiddir. xəbər veri

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

"Ziraat Bank Azərbaycan"ın istiqrazlarına böyük maraq: Tələb təklifi 3 dəfə  üstələyib

"Ziraat Bank Azərbaycan" ASC-nin kapital bazarına təqdim etdiyi 15 milyon manatlıq istiqraz emissiyası investorların yüksək marağı ilə qarşılanıb. İllik 10 faiz gəlirlilik təklif edən istiqrazlara ümumilikdə 45,


iqtisadi xeberler rubl mezenne kripto valyuta kurslari bitcoin qiymeti