AFB Bankdan yeni İnternet bankçılıq
AFB Bank müştərilərinə daha müasir, təhlükəsiz və funksional xidmət təqdim etmək məqsədilə İnternet Bankçılıq platformasını yeniləyib.
Yenilənmiş sistemin təqdimatı üzrə təşkil olunan tədbirdə AFB Bankın bir qrup korporativ müştərisi iştirak edib.
Tədbirdə AFB Bankın Biznes Bankçılıq Mərkəzinin direktoru Hüseyn Bağırlı, Rəqəmsal Bankçılıq Sahəsinin rəhbəri Ləman Şeyxaliyeva çıxış edərək yenilənmiş sistemin üstünlükləri haqqında məlumat veriblər. Qonaqlara şablon əməliyyatların idarəedilməsi, sürətli köçürmələr, eləcə də korporativ müştərilər üçün toplu ödəniş və əməkhaqqı layihələrinin sadələşdirilməsi kimi funksiyalar təqdim olunub.
Görüş zamanı iştirakçılarla açıq sual-cavab sessiyası keçirilib, onların təklif və istəkləri dinlənilib. AFB Bank tərəfindən bu rəy və təkliflərin növbəti mərhələlərdə sistemin təkmilləşdirilməsi zamanı nəzərə alınacağı bildirilib.
Bu yenilənmə AFB Bank-ın rəqəmsal transformasiya strategiyasının bir hissəsidir. Bankın məqsədi müştərilərinə təhlükəsiz, çevik və rahat internet bank təcrübəsi təqdim etməklə yanaşı, onların rəqəmsal ehtiyaclarını dinləmək və bu ehtiyaclara əsaslanan innovativ həllər təqdim etməkdir.
Xatırladaq ki, Fitch Ratings beynəlxalq reytinq agentliyi AFB Bank-a "B" uzunmüddətli emitent reytinqi (IDR) və "Stabil" proqnoz verib. Reytinq Bankın yaxşı kapitallaşması, yetərli likvidlik ehtiyatları və stabil mənfəətliliyi ilə əsaslandırılıb. / marja.az

ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
AMB: inflyasiyanın yarıdan çoxu xaricdəki qiymət artımlarından qaynaqlanıb
Kartdan-karta limitlər artırıla bilər – Baş bankir Kazımov şərtləri açıqladı
Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
Whatsapp biznesin üstünlükləri nələrdir?
İban nədir?
Kriptovalyuta nədir və necə alınır?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
SEO nədir və Google axtarışda necə 1-ci olaq?