Azərbaycanda Halal Biznes və Turizm Forumu keçiriləcək

Azərbaycanda Halal Biznes və Turizm Forumu keçiriləcəkBakıda İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) Direktorlar Şurasının 35-ci iclası öz işinə başlayıb. 
FED.az xəbər verir ki, açılış mərasimi çərçivəsində ölkəmizdə Azərbaycan Halal Biznes və Turizm Forumunun keçirilməsinə dair Anlaşma Memorandumu da imzalanıb.
Sənədi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İslam Biznesi Beynəlxalq Assosiasiyasının prezidenti Marat Kabayev, ICCIA-nın Baş katibi Yusif Xələvi və "Caspian Event Organisers" MMC-nin icraçı direktoru Bəhruz Hidayətzadə imzalayıblar.
Anlaşma Memorandumu 2024-cü ildə Azərbaycan Halal Biznes və Turizm Forumunun keçirilməsi ilə əlaqəli məsələlər üzrə birgə fəaliyyəti, müştərək layihələrin icrası məqsədilə tədbirlərin keçirilməsi üzrə qarşılıqlı əməkdaşlığı tənzimləyir. Qeyd edək ki, forumun məqsədi İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində özəl sektor arasında əməkdaşlığın daha da genişləndirilməsini təşviq etməkdir. "Eurasiya Development", MÜSİAD Azərbaycan və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TUİB) forumun tərəfdaşları sırasındadır.
Həmçinin, tədbir çərçivəsində KOBİA və ICCIA arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ICCIA-nın Baş katibi Yusif Xələvi imzalayıblar. Memorandumda Azərbaycan və ICCIA-ya üzv ölkələrin iş adamları, xüsusilə KOB subyektləri arasında ticarət və investisiya sahəsində əməkdaşlığın təşviqi məqsədilə məlumat və təcrübə mübadiləsi, KOB-lar arasında əlaqələrin gücləndirilməsi üçün müxtəlif tədbirlərin təşkili, birgə proqram və layihələrin reallaşdırılması nəzərdə tutulur. 
ICCIA-nın Direktorlar Şurasının 35-ci iclasının açılış mərasimindəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin İslam Əməkdaşlıq Təşkilatının qurumları ilə əməkdaşlığa önəm verdiyini qeyd edib, ICCIA ilə gələcək əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Qeyd olunub ki, KOBİA yerli və xarici biznes dairələri arasında əlaqələrin qurulmasına dəstək göstərir. Agentlik Qarabağda biznes fəaliyyəti ilə məşğul olmaq istəyən ICCIA-ya üzv ölkələrin investorlarına da dəstək ola bilər. 

Biznes     Tarix: 17 iyul 2023

Oxşar xəbərlər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı


iqtisadi xeberler bitkoin qiymeti kicik biznes investisiya dollarin kursu bu gun