Azərbaycanda heç bir şirkət əsl sahibini gizlədə bilməyəcək - YENI QANUN

Azərbaycanda heç bir şirkət əsl sahibini gizlədə bilməyəcək - YENI QANUNBu ilin may ayında qəbul edilən yeni qanuna görə, Azərbaycanda şirkətlər "gerçək sahibləri" barədə daha şəffaf məlumatları təqdim etməlidir.
FED.az xəbər verir ki, bu Vergi Məcəlləsində, "Valyuta tənzimi haqqında", "Kommersiya sirri haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Banklar haqqında", "Sığorta fəaliyyəti haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "İnvestisiya fondları haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" və "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında"  Respublikasının qanunlarında edilmiş və may ayında qüvvəyə minmiş dəyişikliklərdə nəzərdə tutulub. 
2025-ci il mayın 15-dən qüvvəyə minmiş yeni qanun dəyişikliyi ilə hüquqi şəxslərin, yəni şirkətlərin və təşkitların əsl idarəçiləri və benefisiarları, yəni əsl sahibləri dəqiq açıqlanacaq. 
Dəyişikliyinə əsasən, şirkətlər öz benefisiar mülkiyyətçiləri barədə məlumatları dövlət orqanlarına təqdim etməli olacaqlar.
Benefisiar mülkiyyətçi nədir?
Qanunda deyilir ki, benefisiar mülkiyyətçi son nəticədə hüquqi şəxsə və ya xarici hüquqi təsisata nəzarəti həyata keçirən və ya hüquqi şəxsin, yaxud xarici hüquqi təsisatın əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs və ya şəxslər nəzərdə tutulur. 
Daha sadə formada desək, benefisar mülkiyyətçi şirkətin arxasındakı həqiqi sahibdir. Yəni sənəd üzərində deyil, son nəticədə o şirkətə nəzarət edən və qazanc götürən fiziki şəxsdir. Məsələn, şirkətin sahibi A adlı şəxsdir, amma bütün qərarları qəbul edən və qazanc götürən şəxs B-dirsə, burada B adlı şəxs benefisiar mülkiyyətçi hesab edilir.
Kimlər benefisiar mülkiyyətçi hesab olunur?
Yeni qanunvericiliyə əsasən, hüquqi şəxsə nəzarət edən və ya ondan gəlir götürən aşağıdakı şəxslər benefisiar mülkiyyətçi hesab edilir:
Şirkət payçısı olan şəxs – əgər fiziki şəxs bir hüquqi şəxsin nizamnamə kapitalının və ya səsvermə hüququnun azı 10 faizinə sahibdirsə, o, benefisiar mülkiyyətçidir;
Dolayı nəzarət edən şəxs – şirkətə birbaşa deyil, vasitəçi qurumlar və ya şəxslər üzərindən nəzarət edən və qərarları yönləndirən şəxs də benefisiar sayılır;
Müqavilə əsasında təsir göstərən şəxs – rəsmi pay sahibi olmasa belə, müqavilə və ya başqa hüquqi əsasla şirkət qərarlarına mühüm təsir göstərən şəxs benefisiar hesab edilir;
Rəhbər şəxs – əgər benefisiar mülkiyyətçi müəyyən edilə bilmirsə, həmin şirkətə rəhbərlik edən şəxs (məsələn, direktor və ya icraçı) benefisiar kimi tanınır;
Xarici hüquqi təsisatlarda – trast və ya oxşar xarici qurumlar üçün təsisçi, idarəçi, benefisiar (və ya benefisiarlar qrupu), habelə effektiv nəzarəti həyata keçirən istənilən fiziki şəxs benefisiar sayılır.
Yeni qaydalara görə, artıq hər bir hüquqi şəxs və xarici şirkətlərin Azərbaycandakı nümayəndəlikləri real sahibləri, yəni benefisiar mülkiyyətçiləri barədə dəqiq və təsdiqlənmiş məlumatlara malik olmalı, həmin məlumatları lazımi qurumlara təqdim etməlidir. Bu məlumatlar şəxsin adı, soyadı, doğum tarixi, vətəndaşlığı, yaşayış ünvanı və şirkətə təsir imkanlarını əhatə edir. Əgər həmin şəxs siyasi vəzifə tutan biri ilə qohumluq və ya yaxın münasibətdədirsə, bu da qeyd olunmalıdır.
bütün şirkətlərə də şamil olunur. Müəssisələrin ölçüsünə görə məlumat təqdim etmək üçün son tarixlər müəyyən olunub. İri sahibkarlıq subyektləri bu məlumatları 2025-ci ilin sonunadək, mikro sahibkarlar isə 2027-ci ilin sonunadək təqdim etməlidirlər.
Yeni tələblər "Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanuna uyğun olaraq qəbul edilib və beynəlxalq maliyyə təhlükəsizliyi standartlarına uyğunluq məqsədi daşıyır.
Bəzi məlumatlara görə, benefisiarlar haqqında məlumatlar məlumatların ictimaiyyətə açıq olmayacağı, yalnız aidiyyəti dövlət qurumlarının bu məlumatlara çıxış imkanının olacağı da qeyd edilir.  Amma aprel ayında bununla bağlı "Kommersiya sirri haqqında" qanuna də dəyişiklik edilib, dəyişikliyə əsasən, şirkətin benefisial mülakiyyətçiləri, yəni əsl sahibləri haqqında məlumatlar daha KOMMERSİYA SİRRİ HESAB EDİLMƏYƏCƏK.   
Maliyyə monitorinqi orqanı təqdim edilən məlumatları yoxlamaq səlahiyyətinə malikdir. Əgər şübhəli məqamlar aşkar olunarsa, şirkətdən əlavə sənədlər tələb edilə bilər və bu sənədlər 3 iş günü ərzində monitorinq orqanına təqdim edilməlidir.
Bundan sonra Azərbaycanda yeni şirkət qurmaq istəyənlər qeydiyyat zamanı öz benefisiar mülkiyyətçiləri barədə ətraflı məlumat verməli olacaqlar. Bu yanaşma həm şəffaflığın artırılması, həm də çirkli pulların yuyulması və maliyyə cinayətlərinə qarşı mübarizənin gücləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir.
Hüquqi şəxslər üçün məlumat təqdim etmə müddətləri aşağıdakı kimidir:
İri sahibkarlıq subyektləri üçün - 31 dekabr 2025-ci il tarixinədək;
Orta sahibkarlıq subyektləri üçün - 30 iyun 2026-cı il tarixinədək;
Kiçik sahibkarlıq subyektləri üçün - 31 dekabr 2026-cı il tarixinədək;
Mikro sahibkarlıq subyektləri üçün - 31 dekabr 2027-ci il tarixinədək;
Qeyri-hökumət təşkilatları və dini qurumlar üçün - 30 iyun 2026-cı il tarixinədək.
Belə ki, İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, həm benefisiar mülkiyyətçilərin kiliyi, həm də benefisiarın, yəni şirkətin sahibinin dəyişməsi barədə məlumatın verilməməsinə görə cərimələr tətbiq ediləcək.
Belə ki, Məcəllənin 403-1-ci maddəsinə (Hüquqi şəxsin benefisiar mülkiyyətçisi barədə məlumatların və sənədlərin təqdim edilməməsi) əsasən şirkətlərin benefisiar mülkiyyətçisi barədə məlumatların təqdim edilməməsinə görə, vəzifəli şəxslər 1000-2000 manat, hüquqi şəxslər 2500-3000 manat cərimə ediləcəklər.
Benefisiarlar barədə sənədlərin təqdim edilməməsinə görə də vəzifəli şəxslər 1000-2000 manat, hüquqi şəxslər 2500-3000 manat cərimə ediləcəklər.
Şirkətin sahibi dəyişdikdə isə bu barədə məlumat verilməməsinə görə, vəzifəli şəxslər 200-300 manat, hüquqi şəxslər 500-700 manat cərimə ediləcəklər – Maddə 403-2.
Sözügedən qanunların təsdiqlənməsi haqqında Azərbaycan prezidentinin 15 may 2025-ci il tarixli fərmanına əsasən, şirkətlərin benefisiarlarının düzgün göstərilməsinə "maliyyə kəşfyiyyatı" - Maliyyə Monitorinqi Xidməti nəzarət edəcək. Bununla əlaqədar olaraq Xidmətin nizamnaməsinə dəyişiklik edilib, eyni zamanda onun əməkdaşlarının sayının artırılması nəzərdə tutulur.

Biznes     Tarix: 06 avqust 2025

Oxşar xəbərlər

NEQSOL Holding Özbəkistanda kritik mineralların işlənilməsinə dair saziş imzalayıb

NEQSOL Holding Özbəkistan Respublikasının Dağ-Mədən Sənayesi və Geologiya Nazirliyi ilə Özbəkistanda titan kimi strateji xammal növləri də daxil olmaqla kritik mineralların birgə işlənilməsinə dair əməkdaşlıq sazişi imzalayıb

McDonald's Azərbaycan şəhid və qazi ailələrinin uşaqları ilə birlikdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü qeyd edib - FOTO

McDonalds Azərbaycan və Dövlət Sosial Müdafiə Fondu (DSMF) şəhid və qazi ailələrinin uşaqları üçün təşkil olunan birgə tədbirilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününü yenidən birlikdə qeyd ediblər. McDonalds-ın Şüvəlan qəsəbəsind

"JTI" şirkəti Azərbaycanda yeni nəsil "Ploom AURA" cihazını təqdim edir

"JTI Caucasus" şirkəti, ötən il Azərbaycanda uğurla start götürən "Ploom" tütün qızdırma sistemləri xəttinin ən yeni üzvü – "Ploom AURA" cihazının ölkədə rəsmi satışına başlanıldığını elan edir

"AZZA"ya yeni rəhbər təyin edilib - DETALLAR

Azərbaycanda şirniyyat evi olan "AZZA"ya yeni rəhbər təyin edilib. biznes və maliyyə xəbərləri portalı "Banker"ə istinadən xəbər verir ki, Nəriman Hüseynov Eldar oğlu "AZZA" QSC-yə yeni rəhbə

Azərbaycanda biznes üçün vahid maliyyə platforması yaradılacaq

Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda mikro, kiçik və orta biznes (MKOB) subyektlərinin maliyyə resurslarına çıxış imkanlarını

Komissiya: Azərbaycan və Ermənistanın biznes dairələri arasında görüş keçirilib

Azərbaycan ərazisi ilə Ermənistana yüklərin tranziti uğurla həyata keçirilir və hazırda da davam edir. Azərbaycan Ermənistana 887 ton dizel göndərib - FOTO.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə apreli

NEQSOL Holding Teymur Tağıyevi Baş Əməliyyat Direktoru təyin edib - FOTO

NEQSOL Holding Teymur Tağıyevin Aparat rəhbəri vəzifəsi ilə yanaşı Baş Əməliyyat Direktoru (COO) vəzifəsinə təyin olunduğunu elan edib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu vəzifədə Teymur Tağıyev Baş İcraç

Orxan Məmmədov: "Tacikistan bazarına çıxmaq istəyən şirkətlərə yardım etməyə hazırıq"

Azərbaycan və Tacikistan arasındakı siyasi dialoqun yüksək səviyyəsi işgüzar dairələrin arasında eyni dərəcədə fəal əməkdaşlıqla müşayiət olunmalıdır. Pakistan vətəndaşları Azərbaycanda yeni şirkətlər - YARADIBLAR. xəbə

"Gənclər evi" sahibkarlıq fəaliyyəti ilə məşğul ola biləcək

"Gənclər evi" sahibkarlıq fəaliyyətini həyata keçirə bilər. "7 il ərzində tətbiq edilən vergi güzəştlərinin nəticəsini görürük" - Mikayıl Cabbarov .  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki


iqtisadi xeberler bitcoin qiymeti bitkoin qiymeti dollar manat kursu pul qazanmaq