Azərbaycanda hər 100 qadından - 7-Sİ SAHİBKARDIR

Azərbaycanda hər 100 qadından - 7-Sİ SAHİBKARDIRAzərbaycanda yaşayan hər 100 qadınan təqribən 7 nəfəri fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçib.
FED.az biznes və maliyyə cəbərləri portalı xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı ilin 1 yanvar vəziyyətinə Azərbaycanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların 23,7%-ni qadınlar təşkil edir.
Həmin tarixə qeydiyyatdan keçmiş fərdi sahibkarların sayının 1 milyon 435 min nəfər olduğunu nəzərə alanda, qadın fərdi sahibkarların sayı 340 min nəfərə çatır.
Bununla yanaşı qeyd etmək lazımdır ki, fərdi sahibkar kimi qeydiyyatdan keçmiş heç də bütün şəxslər bu fəaliyyətlə real olaraq məşğul deyil. Belə ki, yenə də DSK-nin apardığı araşdırmalara görə, real fəaliyyətlə məşğul olan sahibkarların sayı 376 min nəfər təşkil edir ki, bu da qeydiyyatdan keçənlərin 4-də birini təşkil edir.
Fərdi sahibkar kimi qeydiyyatdan keçmiş sahibkar qadınların 28%-i Bakıda, 10%-i Lənkəran-Astara, 9,6%-i Qazax-Tovuz, qalanları isə digər iqtisadi rayonlardadır.
Qadınlar "Digər sahələrdə xidmətlərin göstərilməsi" fəaliyyət növündə mövcud sahibkarların ümumi sayının 38%-ini, "Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq" fəaliyyət sahəsində 26,2%-ini, "Ticarət, nəqliyyat vasitələrinin təmiri" fəaliyyət sahəsində isə 22,2%-ini təşkil edir.
Qadınların biznes fəaliyyətinə müxtəlif üsullarla dəstək verilir. Belə ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 33 qadın sahibkara 500 min manatdan çox qrant ayrılıb, 36 qadın sahibkara "Startap" şəhadətnaməsi verilib. Qadın sahibkarlar üçün müxtəlif mövzularda 5200-dən çox təlim keçirilib, 2600-dən çox məsləhət xidməti göstərilib, Bakı və regionlarda fəaliyyət göstərən 700-ə yaxın qadın sahibkara biznes planın hazırlanmasında dəstək verilib.
Qadın sahibkarların müraciəti əsasında bir neçə daxili bazar araşdırması aparılıb. Ümumilikdə 1030-dan çox qadın sahibkarın yerli və beynəlxalq sərgilərdə və yarmarkalarda iştirakına, eləcə də ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib.
Təsisçiləri qadın olan, investisiya təşviqi sənədi əldə edən 69 subyekt tərəfindən 2016-cı ildən indiyədək 82 layihə çərçivəsində 880 təsdiqedici sənəd əsasında 260,9 milyon manat dəyərində avadanlığın idxalı zamanı 72,4 milyon manat güzəşt əldə edilib.

Biznes     Tarix: 08 mart 2026

Oxşar xəbərlər

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər


iqtisadi xeberler birbank iqtisadiyyat xeberleri telefonla pul qazanmaq dollar manat kursu