Azərbaycanda Hökumət Ödəniş Portalı ilə əməliyyatların ümumi dəyəri 18% artıb
Bu ilin I yarısında Azərbaycanda Hökumət Ödəniş Portalı (HÖP) ilə 2,257 milyard manatlıq əməliyyat aparılıb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik "Rəqəmsal Ödənişlər İcmalı"nda bildirilir.
Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 % çoxdur.
Hesabat dövründə HÖP-lə aparılmış əməliyyatların sayı isə 32,912 milyon olub. Bu isə 1 il əvvələ nisbətən 8 % çoxdur.
Xatırladaq ki, HÖP dövlət büdcəsinə vә kütlәvi xidmәtlәr üzrә ödәnişlәrin mәrkәzlәşdirilmiş qaydada toplanılması üçün yaradılıb. Portala 11 mәrkәzi icra hakimiyyәti orqanı, 3 dövlət agentliyi, 4 kommunal xidmәt müәssisәsi, 5 stasionar vә mobil rabitә operatoru, 122 mәhkәmә orqanı, 19 sığorta şirkәti, 1 438 bәlәdiyyә orqanı, 109 ali vә orta ixtisas tәhsil müәssisәsi vә digәr sosial әhәmiyyәtli qurumlar inteqrasiya olunub.
Hazırda HÖP-lə 1 100-dәn çox xidmәt üzrә ödәnişlәr toplanılır. Bu xidmәtlәr üzrә ödәnişlәr 26 bankda, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azәrpoçt" MMC-nin 2 500-dәn çox filial vә şöbәlәrindә, 4 000-ə yaxın ödәniş terminalında nağd vә nağdsız formada aparıla bilәr.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Dünyada ən çox oxunan 5 kitab
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Kriptovalyuta nədir?