Azərbaycanda ilk dəfə rəqəmsal bacarıqlar qiymətləndirilib
Azərbaycanda ilk dəfə rəqəmsal bacarıqlar və savadlılığın geniş qiymətləndirilməsi aparılıb.
Bunu Bakıda keçirilən "GSMA Mobile 360 Eurasia 2024" beynəlxalq konfransında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Ceyhun Hüseynzadə deyib.
C.Hüseynzadə deyib ki, qiymətləndirmənin məqsədlərindən biri Azərbaycanın beynəlxalq bençmarklarla, digər ölkələrlə müqayisədə hansı mövqedə olmasını müəyyən etməkdir:
"Bu, rəqəmsal bacarıqlarla bağlı həyata keçirdiyimiz təhsil layihələrini, proqramlarını daha hədəflənmiş şəkildə dizayn etmək üçün lazım idi. Qiymətləndirmə ümumilikdə 13 iqtisadi rayonda cəmiyyətin 4 kateqoriyası üzrə aparılıb. Birinci kateqoriyaya dövlət sektoru, ikinciyə özəl sektor, üçüncü kateqoriyaya universitetlər, təhsil sektoru, sonuncu koteqoroyaya isə ev təsərrüfatları daxildir. Hazırda Beynəlxalq Telekommunikasiya İttifaqı hesabatın son dizayn işlərini aparır və bir neçə həftə sonra o ictimaiyyətə açıqlanacaq", – deyə C. Hüseynzadə əlavə edib. / banker.az

Mərkəzi Bank BOKT-a lisenziya verib
10 min dollarla son 12 ayda ən çox qazandıran - SAHƏLƏR, MƏBLƏĞLƏR, SİYAHI
Azərbaycanda kartdan-karta pul köçürmələrinə limit qoyuldu
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Ən bahalı otellər hansılardır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyanın ən varlı 10 adamı
Digital Card nədir?