Azərbaycanda investora hədə-qorxu gəlmək - QADAĞAN EDİLİR
İnvestorlara və onların investisiyalarına tətbiq olunan rejim müəyyənləşir.
Eləcə də bax: "İnvestisiya fəaliyyəti haqqında" yeni qanun layihəsi - QƏBUL EDİLDİ
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni "İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət tərəfindən investorların hüquq və azadlıqlarının qorunmasına təminat verilir, investorlar və onların investisiyalarına qarşı əsassız və ayrı-seçkilik yaradan münasibət, hədə-qorxu, təqib və zorakılıq qadağan edilir. Oxşar vəziyyətlərdə xarici investorlara və onların investisiyalarına yerli investorlara və onların investisiyalarına tətbiq edilən rejimdən az əlverişli olmayan rejim (milli rejim) tətbiq ediləcək. Oxşar vəziyyətlərdə bir xarici investora və onun investisiyasına digər xarici investorlara və onların investisiyalarına tətbiq edilən rejimdən az əlverişli olmayan rejim (ən əlverişli rejim) tətbiq ediləcək. Həmin rejimlərin tətbiqi ayrı-seçkiliyə yol verilməməsi və qərəzli tətbiq edilməməsi şərtilə insanların həyat və sağlamlığının, ətraf mühitin, ictimai asayişin, o cümlədən mühüm təhlükə yarandığı hallarda dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının qorunması sahəsində Azərbaycan Respublikası qanunlarının tətbiqinə xələl gətirmir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib. (Apa)

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BOKT İsmayıllıda filialını açır
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Cash Back nədir?
Dünyanın ən zəngin idmançıları
Dünyanın ən çox maaş verən şirkətləri
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt