Azərbaycanda investorlara hədə-qorxu - QADAĞAN EDİLİR
İnvestorlara və onların investisiyalarına tətbiq olunan rejim müəyyənləşir.
Eləcə də bax: "İnvestisiya fəaliyyəti haqqında" qanun layihəsi - HAZIRLANIB
FED.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "İnvestisiya fəaliyyəti haqqında" yeni qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, dövlət tərəfindən investorların hüquq və azadlıqlarının qorunmasına təminat verilir, investorlar və onların investisiyalarına qarşı əsassız və ayrı-seçkilik yaradan münasibət, hədə-qorxu, təqib və zorakılıq qadağan edilir. Oxşar vəziyyətlərdə xarici investorlara və onların investisiyalarına yerli investorlara və onların investisiyalarına tətbiq edilən rejimdən az əlverişli olmayan rejim (milli rejim) tətbiq ediləcək. Oxşar vəziyyətlərdə bir xarici investora və onun investisiyasına digər xarici investorlara və onların investisiyalarına tətbiq edilən rejimdən az əlverişli olmayan rejim (ən əlverişli rejim) tətbiq ediləcək. Həmin rejimlərin tətbiqi ayrı-seçkiliyə yol verilməməsi və qərəzli tətbiq edilməməsi şərtilə insanların həyat və sağlamlığının, ətraf mühitin, ictimai asayişin, o cümlədən mühüm təhlükə yarandığı hallarda dövlətin təhlükəsizliyinin və iqtisadi maraqlarının qorunması sahəsində Azərbaycan Respublikası qanunlarının tətbiqinə xələl gətirmir. (Apa)

BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
Dropshipping nədir?
McDonalds haqqında maraqlı faktlar
Bitcoin nədir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt