Azərbaycanda iqtisadi artım sürətlənib
Dövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-noyabr aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb.
Marja xəbər verir ki, 2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 116 milyard 320,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur. Xatırladaq ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ölkədə 106 milyard 435,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdu. Beləliklə, Noyabr ayında Azərbaycanda iqtisadi artım tempi sürətlənib.
İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,8 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 3,2 faiz artmışdır.
ÜDM istehsalının 34 faizi sənaye, 10,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,5 faizi tikinti, 6,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,8 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 faizi informasiya və rabitə sahələrinin, 21,1 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9,5 faizini təşkil etmişdir.
Əhalinin hər nəfərinə düşən ÜDM 11 min 356,4 manata bərabər olmuşdur. / marja.az

"TikTok"la "Instagram"a girişdə problem yarandı
"PAŞA Bank" nizamnamə kapitalını artırmağa hazırlaşır – Səhmdarlar qərar verəcək
ABB-nin təşkilatçılığı ilə Beynəlxalq Risk Forumu keçiriləcək
Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib
"Yapı Kredi Bank Azərbaycan"ın mənfəəti 20% artaraq 9,25 milyon manata çatıb – Aktivləri 1 milyard manatı ötüb
Azərbaycan Sənaye Bankının kredit portfeli 31% böyüyüb, mənfəəti 5,4 milyon manata çatıb
Sentyabr üzrə bankların şikayət indeksi açıqlanıb – SİYAHI
Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək
Mərkəzi Banka yeni səlahiyyət verilir
"Yapı Kredi Bank Azərbaycan"ın kredit portfeli 96 milyon manat artıb – Ən böyük artım biznes kreditlərindədir
Ən bahalı otellər hansılardır?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Dünyanın ən bahalı restoranları
Ev şəraitində pul qazanmağın yolları
Ən çox gəlir gətirən onlayn bizneslər