Azərbaycanda istehlak kreditlərinin sığortalanması vətəndaşlar üçün nə vəd edir?

Azərbaycanda istehlak kreditlərinin sığortalanması vətəndaşlar üçün nə vəd edir?Azərbaycanda vətəndaşlar bir çox səbəbdən kredit üçün banklara müraciətlər edir və pulun qaytarılması ilə bağlı öhdəliklər götürür. Lakin bəzi hallarda gözlənilməz bədbəxt hadisələr bu öhdəliklərin icrasını mümkünsüz edir, borc yükünün vərəsələrə ötürülməsinə səbəb olur. Bu kimi hallarla üzləşməmək üçün Azərbaycanda həyat sığortası mövcuddur. Hazırda ölkədə ipoteka krediti olanlar bu sığorta növündən istifadə edə bilir və borcalan həyatını itirdiyi yaxud əlil qaldığı zaman onun krediti ailələrinə ötürmədən ödənilir. Bəs bu sığorta növünün istehlak kreditlərinə də tətbiqi mümkündürmü? Bu halda tərəflər üçün hansı üstünlüklər yaranar?
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, hazırda banklar tərəfindən 7 milyard manatdan artıq istehlak kreditləri verilib: "Bu, 3 milyondan artıq vətəndaşımızın borclanması deməkdir. Göründüyü kimi, həm kreditin ümumi məbləği, həm də borcalanların sayı kifayət qədər çoxdur. Statistikaya əsasən, istehlak krediti götürənlərin 95 %-nin sığortası yoxdur. Sığortadan istifadə olunmadığından kredit götürən şəxs dünyasını dəyişən zaman vərəsəsi, yəni onun ailəsi borcu qaytarmaq məcburiyyətində qalır. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sığortadan istifadə bu riski aradan qaldırır. Nəticədə, əgər krediti götürən şəxs həyat sığortasından istifadə edərsə, bu halda onun bütün riskləri sığortalanmış olur və borclanma onun ailəsi üçün hər hansı potensial çətinlik yaratmır".

V. Bayramov qeyd edib ki, bu baxımdan, kreditlər verilən zaman sığortadan istifadə olunması vacibdir: "Beynəlxalq praktikaya uyğun olaraq Azərbaycanda da kreditləşmə zamanı sığortadan istifadəni təklif edərdik. Sığortadan istifadənin əlavə ödəniş olmasına baxmayaraq bu, borclanan üçün xərcin artmasına səbəb olmayacaq. Çünki kredit faizlərinə təsir göstərən faktorlardan biri də risk amilidir. Risk sığortalanan zaman banklar daha optimal faizlə kredit təklif edə bilirlər. Yəni, sığortadan istifadə istehlak kreditləri üzrə faizlərin azalmasına gətirib çıxara bilər".
Onun sözlərinə görə, digər tərəfdən, sığorta haqqı da yüksək olmadığından differensial olaraq ödənişin paylaşdırılması mümkündür: "Bu o deməkdir ki, kredit faizlərini artırmamaqla sığortalanmanın həyata keçirilməsi mümkündür. Buna görə də, risklərin kompensasiya olunması nəticəsində kredit faizlərinin aşağı düşməsi sığortadan istifadəyə rəğmən kredit götürən üçün də əlavə xərc yaratmayacaq. Çünki, azalan kredit faizləri sığorta ödənişini kompensasiya edəcək. Nəticədə, kredit götürən dünyasını dəyişən zaman borcu vərəsə, yəni ailə üzvü deyil sığorta şirkəti qaytaracaq. Bu baxımdan da, sözügedən istiqamətdə beynəlxalq təcrübədən istifadə olunması çox əhəmiyyətlidir".
"Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin hüquqi məsələlər üzrə ekspert qrupunun rəhbəri Qorxmaz Ağayev isə "Report"a bildirib ki, ümumiyyətlə kreditlərdə həyat sığortasının olmasının əsas əhəmiyyəti şəxs vəfat etdiyi halda sığorta şirkətinin bankın qarşısında müştərinin borcunu tam olaraq bağlamasıdır: "Sığorta müqaviləsinin şərtlərindən asılı olaraq borc tam və ya natamam bağlana bilər. Kredit alan, xüsusilə ipoteka krediti alan şəxslər üçün bunun üstünlüyü ondan ibarətdir ki, sabah vəfat edərsə, onun vərəsələri borcdan azad bir əmlak əldə etmiş olacaqlar və məhkəmə mübahisəsi olmayacaq. Bir sözlə, ipoteka krediti olmayacaq, yəni ona xitam veriləcək".
Azərbaycanda istehlak kreditlərinin sığortalanması vətəndaşlar üçün nə vəd edir?İpoteka kreditlərinin uzunmüddətli olması səbəbindən həyat sığortasının daha çox bu istiqamətdə tətbiq olunduğunu vurğulayan ekspert qrupunun rəhbəri diqqətə çatdırıb ki, bunun istehlak kreditləri üçün də müəyyən faydaları var: "Müştəri vəfat edərsə bank üçün öz borcunu təmin etmiş olur. Çünki bankların satdığı məhsul puldur. Pul nə qədər tez qayıdarsa, itki də o qədər tez aradan qalxmış olar. Ona görə də, istehlak kreditlərində bu cür sığorta məhsullarının mövcudluğu bank üçün faydalıdır. Müştəri üçünsə faydası borclu vəfat edərsə, onun övladları qarşısında bu və ya digər formada borc yaranmamasıdır. Çünki əks halda bank həmin şəxsin vərəsələrə miras qaydasında keçəcək əmlaka qarşı iddia qaldıra bilər. Ancaq həyat sığortası bu kimi halların qarşısını alır".
Həyat sığortasının istehlak kreditlərinə tətbiqinin sığorta şirkətləri üçün faydasına toxunan Q. Ağayev bildirib ki, hazırda istehlak krediti götürənlər say baxımından ipoteka krediti olanlardan çoxdur: "İstehlak krediti üzrə öhdəliklər isə maksimum 5 il müddətinədir və bu, 25 illik ipoteka krediti öhdəliyindən daha az riskə malikdir. Sığorta şirkətləri üçün istehlak kreditlərinin sığortalanması bu səbəbdən daha əlverişlidir".
Onun sözlərinə görə, banklarda daha çox gecikmə və öhdəliklərin pozulma halları əsasən istehlak kreditlərində olur ki, bu sahədə həyat sığortası banklar üçün maliyyə sabitliyi baxımından çox vacib bir alət olacaq.
Azərbaycanda istehlak kreditlərinin sığortalanması vətəndaşlar üçün nə vəd edir?Hüquqşünas Əkrəm Həsənov isə düşünür ki, istehlak kreditlərinə həyat sığortasının tətbiqində vətəndaşlar daha maraqlı olmalıdır: "Bu məsələ beynəlxalq təcrübədə də mövcuddur. Bunun üstünlükləri çoxdur və yaxşı olardı ki, Azərbaycanda tətbiq edilsin. Banklar və sığorta şirkətləri bu istiqamətdə müştərilərə məhsul təklif edə bilərlər. Vətəndaş düşünə bilər ki, bu, ödəməli olduğu məbləği bir qədər də artıracaq. Çünki sığorta şirkətinə də ödəniş etməlidir. Amma sonda həm vətəndaşın ailəsinin itkiləri olmur, həm də bankların riskləri aradan qalxır, sığortaçılar üçün də müsbət imkanlar yaradır. Bir sözlə hər kəs bundan faydalanır".
Azərbaycan Sığortaçılar Assosiasiyasının həyat sığortaları üzrə ekspert qrupunun üzvü Şəhriyar Məcidov isə "Report"a bildirib ki, həyat sığortasının dörd təminatı var: "Həyat sığortası intihar hadisəsi istisna olmaqla vətəndaşın həyatını itirməsi zamanı istifadə olunur. Bundan əlavə birinci, ikinci və ya üçüncü qrup üzrə əlillik varsa, bu zaman da ödəniş həyata keçirilir. Əlillik üzrə ödəniş qaydalarında birinci və üçüncü qrupun yeri dəyişdirilib. Yəni əvvəl birinci qrup əlillik olduqda qalıq məbləğin sığorta hadisəsi baş verən zaman 100 % ödəniş həyata keçirilirdisə, artıq bu qayda üçüncü qrup əlilliyə tətbiq olunur".
Azərbaycanda istehlak kreditlərinin sığortalanması vətəndaşlar üçün nə vəd edir?Ş. Məcidov diqqətə çatdırıb ki, krediti bank verdiyi üçün, vəsait banka aid olduğuna görə sığorta hadisəsi baş verən zaman sığorta ödənişi vətəndaşın vərəsələrinə yox, birbaşa banka ödəyirlər: "Bank vətəndaşın kreditinin sığortalanmasında o qədər də maraqlı tərəf deyil. Çünki sığorta hadisəsi baş verəndə banklar həmin borcu girov ya zaminə yönəltməklə həll edirlər. Girovda olan əmlak və ya mülk satılır, bank özünə aid hissəni saxlayır, artıq qalan məbləğ varsa vətəndaşa verir. Bu kimi hallara qarşı həyat sığortasının olması ona görə də ən çox vətəndaşa sərf edir".

Banklar     Tarix: 22 may 2024

Oxşar xəbərlər

PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®

PAŞA Bank kiçik və orta sahibkarların maliyyələşməyə çıxışını asanlaşdırmaq məqsədilə yeni POS Kredit məhsulunu təqdim edib. Məhsul bankın POS və mobil POS (mPOS) terminallarından istifadə edən hüquqi şəxslərə və fərdi sahibkarlar

Bank sektorunda son vəziyyət - YENİ GÖSTƏRİCİLƏR AÇIQLANDI

30 sentyabr 2026-cı il tarixinə fəaliyyət göstərən 21 bankın filiallarının sayı 507, şöbələrinin sayı 80, ATM-lərin sayı 3,500 olmuşdur. Bank sektorunda çalışanların sayı 27,775 nəfər təşkil etmişdir. Bu barədə Azərbayca

Süd vəzi xərçənginə qarşı necə sığortalanmaq olar? ®

Bu xəstəliklə mübarizədə erkən diaqnostika və vaxtında müalicə mühüm rol oynayır. Çünki süd vəzi xərçəngi dünyada qadınlar arasında ən geniş yayılmış onkoloji xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatı süd vəzi xərçəngini müasi

Yapı Kredi Bank Azərbaycan müştərilərinə Çinin maliyyə mərkəzi Şanxay üzərindən birbaşa köçürmə imkanı təqdim edir

"Yapı Kredi Bank Azərbaycan" QSC müştərilərinin beynəlxalq əməliyyatlarını asanlaşdırmaq və xarici ticarət üzrə ödəniş imkanlarını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bank bu məqsədlə Çini

Bank of Baku-dan növbəti ağacəkmə aksiyasını təşkil etdi

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

500 000 AZN-dək nağd pul elə indi əlçatandır

Həyatda elə anlar olur ki, böyük addımlar atmaq üçün güclü maliyyə dəstəyi lazımdır. Xəyalınızdakı evi almaq, uzun müddətdir təxirə saldığınız əsaslı təmiri başlamaq və ya biznesinizi tamamilə yeni səviyyəyə qaldırmaq… Amm

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını


iqtisadi xeberler online pul qazanmaq kripto dollar kursu bu gunun xeberleri