Azərbaycanda kəsintisiz internet vədi niyə gerçəkləşmir? -Açıqlama

Azərbaycanda kəsintisiz internet vədi niyə gerçəkləşmir? -AçıqlamaArtıq uzun müddətdir ki, Azərbaycanda internet təchizatında problemlər yaşanır. İnternet ya birdən-birə zəifləyir, ya da qısamüddətli olsa da, tamamilə kəsilir.
Bir müddət əvvəl nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkədə internet probleminin tamamilə aradan qaldırılacağını, Azərbaycanın ən ucqar kəndində belə, internetə çıxış olacağını bildirib.
Hələ də mövcud olan problemlər nələrlə bağlıdır?
Məsələ ilə bağlı "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, bu məsələ ilə bağlı bir sıra işlərə başlanılıb.
O.Gündüz qeyd edib ki, 2021-ci ilin sonlarından etibarən "Onlayn Azərbaycan" layihəsinə başlanılıb:
"Prosesi sürətləndirmək üçün özəl provayderlər də layihəyə cəlb edilib. Yalnız yeraltı deyil, yerüstü GPON şəbəkəsinin qurulmasına, əlavə resurslardan, elektrik dirəklərindən də istifadəyə qərar verilib. Ötən müddət ərzində təkcə "Aztelekom" operatoru Bakı ətrafında, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax daxil olmaqla 60 rayon və şəhərdə, çoxsaylı podratçıları layihəyə cəlb etməklə GPON və digər genişzolaqlı internet infrastrukturunu qurmağa başlayıb. Digər özəl provayderlər də Bakıətrafı və regionlarda bu istiqamətdə işlər aparırlar. Müşahidələr göstərir ki, ötən müddətdə əvvəlki illərlə müqayisədə keyfiyyətli internetə əlçatanlıqla bağlı hədsiz çox işlər görülüb. Nazirliyin operatorları, həmçinin dövlət-özəl tərəfdaşlıqla çalışan özəl provayderlər təkcə 2021-2022-ci il ərzində birgə 422 min müştərini GPON və digər texnologiyalarla sürətli internet şəbəkəsinə qoşub. Yalnız Bakı ətrafında 200 mindən çox istifadəçi üçün keyfiyyətli internetə əlçatanlıq təmin edilib. Bu, hətta son 5 il ərzində bu tip internet xidməti ilə təmin olunanların sayından dəfələrlə çoxdur".
"Nazirlik 2024-cü ilin sonuna qədər minimum 25Mbit/s internet sürəti ilə bütün ölkə üzrə internet məsələsini birdəfəlik həll etməyi hədəfləyib. Müşahidələr göstərir ki, bu istiqamətdə ciddi işlər aparılır, hələlik görülən işləri qənaətbəxş hesab etmək olar. Amma problemlər də var. Bəzən podratçılar dirəkləri basdırıb, kabelləşmə aparsalar da, uzun müddət, hətta bir neçə ay istifadəçiləri şəbəkəyə qoşa bilmirlər, yəni son nöqtə problemi həll olunmur. Bəzi hallarda podratçıların işlərində məsuliyyətsiz yanaşmalar görünür. Bir çox bölgələrdə isə ümumiyyətlə bu istiqamətdə işlərə başlanmayıb. Apardığımız müşahidələr həm də onu deməyə əsas verir ki, bölgələr üzrə rəqəmsal torpaq kadastr xəritələrinin olmaması da prosesləri xeyli ləngidir. Torpaq mülkiyyətçiləri ilə problemlər, bəzi yerli qurumların dəstəyinin yetərli olmaması da ləngimələrə səbəb olur.
O.Gündüz bahalı internet və inhisarçılıq mövzusuna da toxunub:
"Bir müddət öncə "Aztelekom" və "Baktelecom" yüksək internet sürətlərinə keçidlə bağlı GPON texnologiya əsasında fiber optik internetin tariflərini qaldırıb. Daha yüksək sürətlərə uyğun olaraq nisbətən yüksək tariflər təsdiqlənib. Biz son zamanlar RİNN tərəfindən yüksək sürətli, keyfiyyətli internetə keçidlə bağlı Bakı ətrafında və regionlarda sistemli olaraq aparılan işləri təqdir etsək də, indiki anda bir müddət aşağı sürətlərin də əlçatan olmasını təklif etmişdik. İndi, bu qiymətlərin necə fromalaşmasını araşdırdıqda qəribə situasiya ilə rastlaşdım. Görünən odur ki, hər iki operator GPON istifadəçisi üçün bahalı, 110 manat civarında "Nokia" və ya "Huawei" fiber optik modemini təklif edir. Bildiyim qədər operatorların özləri bu modemi daha baha qiymətə alırlar. Bu texnologiya ilə internetə qoşulan istifadəçinin digər modemi seçmək imkanı yoxdur. Bu cür bahalı modemləri operatorlar özləri vətəndaşlara təqdim edir".
O bildirib ki, "Aztelekom" və "Baktelekom" əsasən "Huawei" və "NOKİA" texnologiyalarından istiafdə edir.
"RİNN-in indiki rəhbərliyindən xeyli əvvəl bu şirkətlərin adı çəkilən operatorlarla müqavilələri var. Həmin illərdə bu şirkətlərə milyonlarla vəsait ödənərək avadanlıq və texnologiyalar alınıb. Bu müqavilələrə görə operatorlar digər texnologiyalardan istifadə edə bilməzlər. Yəni, nə operatorlar, nə də istifadəçi eyni xüsusiyyətli, 30-40 manat civarında olan fiber optik modemdən istifadə etsə, bu şəbəkədən internet əldə edə bilməyəcək. Düşünürəm ki, bu yolverilməzdir.
Fikrimcə, bunlar yenidən nəzərdən keçirilməlidir. Haqsız rəqabət mühiti, bahalı interneti yaradan bütün amillər Antiinhisar tərəfindən nəzərdə saxlanılmalıdır. Antiinhisar Dövlət Xidmətinin "Bir bina bir provayderindir" məsələsinə dərhal reaksiya verməsi təqdirəlayiqdir. Bununla belə göründüyü kimi sektorda bir çox sahələrdə problemlər qalmaqdadır".
Osman Gündüz qeyd edib ki, dünyanın hər yerində ölkə üzrə vahid bir telekommunikasiya qurumu var:
"Yəni, dünyanın heç yerində "Ankara telekom", "Tbilisi telekom" kimi qurumlar yoxdur. Yalnız bizdə Aztelekom-la yanaşı Baktelekom da var.Görünür ki, keçmişdə kimisə vəzifəyə qoymaq üçün, yaxud da daha gəlirli olanı ayırmaq üçün vahid formada olan qurumu iki yerə parçalayıblar.Əlbəttə, hər ikisi təbii inhisarçıdır.
Amma bunların vahid bir qurumda birləşdirilməsi, gücləndirilməsi və gələcəkdə özəlləşdirilməyə də vahid bir formada çıxarılması daha doğru addım olardı. Fikrimcə, Antiinhisar bu məsələləri nəzərə almalıdır". / banker.az

Xəbərlər     Tarix: 08 noyabr 2022

Oxşar xəbərlər

Fransa bizdən neft alışını 3 dəfədən çox artırıb

Azərbaycan Fransaya 281 min 055,52 ton xam neft ixrac edib. xəbər verir ki, 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsiin hesabtına görə, bu miqdarda məhsulun dəyəri 143 milyon 049,38 min ABŞ dollar

Tesla, Çin istehsalı olan komponentlərdən istifadə etməmək qərarı alıb

Tesla təchizatçılardan ABŞ avtomobil istehsalında Çin istehsalı olan komponentlərdən istifadə etməməyi tələb edir. xəbər verir ki, "Wall Street Journal" qəzetinin məlumatına görə, məsələ ilə tanış olan insanla

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Azərbaycan böyük həcmli mis ixracına başlayıb

İlin ilk 9 ayında xaricə 16 066 ton mis ixrac olunub və bunun dəyəri 29,9 milyon dollar təşkil edib. Ötən ilin eyni dövründə cəmi 729,8 ton həcmdə, 1,47 milyon dollar dəyərində mis ixrac edilmişdi. Beləliklə, həcim üzrə artı

Ağ Ev, süni intellekt qanun layihəsinə qarşı çıxır

Ağ Ev rəsmiləri Nvidia-nın Çin və digər rəqib ölkələrə süni intellekt çipləri satışını məhdudlaşdıran qanuna qarşı çıxır. xəbər verir ki, Ağ Ev rəsmiləri Nvidia Corp.-un Çin və digər rəqib ölkələrə süni intellekt çiplərini

Aİ Lutnikə tariflərlə bağlı xəbərdarlıq edəcək

Aİ (Avropa İttifaqı) rəsmiləri, ABŞ-ın polad və alüminium tariflərini genişləndirmə təşəbbüsünün yay aylarında imzalanmış ticarət anlaşmasına zidd ola biləcəyindən narahatdır. xəbər verir ki, Aİ-nın Ticarət Komissarı Maro

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla


iqtisadi xeberler en son xeberler dollar manat kursu biznes qurmaq valyuta kurslari