Azərbaycanda marqarinə dair - YENİ TƏLƏB QOYULUB
"Yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının tənzimlənməsinə dair sanitariya norma və qaydası" təsdiqlənib.
FED.az Bu barədə Qida Təhlükəsizliyi Agentliyinin Kollegiyası qərar qəbul edib.
Qarara əsasən:
Yaxılabilən yağlar - qida məqsədilə istifadə edilən, habelə fiziki və kimyəvi modifikasiyaya məruz qalmış bitki mənşəli yağlardan və ya onların heyvan mənşəli yağlar və (və ya) piylərlə qarışığından əldə edilən, yağ-su emulsiyası halında olan, formaya salına bilən, yağ tərkibi 10 - 90 % arasında olan yağlardır (marqarin və spred).
Qatı yağlar - qida məqsədilə istifadə edilən, habelə fiziki və kimyəvi modifikasiyaya məruz qalmış bitki mənşəli yağlardan və ya onların heyvan mənşəli yağlar və (və ya) piylərlə qarışığından əldə edilən, yağ tərkibi 91 - 99 % arasında olan yağlardır.
Trans yağ turşuları isə - ən azı bir ədəd trans konfiqurasiyada "karbon-karbon" ikiqat əlaqəyə malik yağ turşularıdır.
Qaydaya əsasən, yaxılabilən yağlarda və qatı yağlarda trans yağ turşularının miqdarı (heyvan mənşəli yağlarda və piylərdə təbii halda yaranan trans yağ turşuları istisna olmaqla) məhsulun ümumi yağ tərkibinin 2 %-dən çox olmamalıdır.
Bu qayda kərə yağı və süd yağı əsaslı yağlara şamil edilmir.
Qərar 2023-cü il 1 avqust tarixindən qüvvəyə minir.
Qayda qüvvəyə mindikdən sonra qida subyektləri tərəfindən sözügedən məhsulların qeyd edilən tələblərə uyğunluğu 6 (altı) ay müddətində təmin edilməlidir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Bitcoin necə işləyir?
Fond birjası nədir?
Biznesə aid ən yaxşı 10 kitab
Biznes təlimlər və tədris üsulları
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?