Azərbaycanda mənzil tikintisinə investisiyalar 25%, xarici yatırımlar 15% azalıb - MƏBLƏĞLƏR

Azərbaycanda mənzil tikintisinə investisiyalar 25%, xarici yatırımlar 15% azalıb - MƏBLƏĞLƏRDövlət Statistika Komitəsi 2021-ci ildə Azərbaycana yatırılan investisiyalarla bağlı ilkin rəqəmləri açıqlayıb.
Eləcə də bax: Ötən il Azərbaycanda yaşayış evlərinin tikintisinə 1 milyard manatdan çox - SƏRF OLUNUB
FED.az xəbər verir ki, Komitənin məlumatına görə, 2021-ci ildə Azərbaycanda əsas kapitala 16 milyard 127 milyon manat məbləğində vəsait yatırılıb. Bu rəqəm 2020-ci il ilə müqayisədə 900 milyon manat və ya 8,2 faiz azdır.
Qeyd edək ki, ölkəyə yatırılan investisiyalar artıq ardıcıl olaraq ikinci ildir ki, azalır. 2020-ci ildə də ölkəyə yatırımlar 8,3% aşağü düşmüşdü.
Maraqlıdır ki, 2021-ci  ildə ölkəyə yatırılan investisiyaların azalması özünü qeyri-neft sektorunda daha ciddi göstərib. Halbuki, son illər hökumət qeyri-neft sektorunun inkişafına çalışır və pandemiya şəraitində keçən 2020-ci ildəki azalmadan (yatırımlar 12,3 azalmışdı) sonra 2021-ci il xüsusilə qeyri-neft sektorunun inkişafı üçün artım ili kimi gözlənilirdi.
Belə ki, 2021-ci ildə 2021-ci ildə Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 5,6 faiz azaldığı halda, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi 9,6 aşağı düşüb.
Məhsul istehsalı azalıb
Komitənin məlumatına görə, ölkəyə yatırılan bütün vəsaitlərin 65,3 faizi, yəni 10 milyard 536,7 milyon manat məhsul istehsalı sahələrinə yönəldilib.
2020-ci illə müqayisədə məhsul istehsalına yatırılan vəsaitlər 640 milyon manat və ya 5,7% aşağı düşüb.
İş adamları pulu xidmət sektoruna yatırırlar
2021-ci ildə ölkəyə yatırılan ümumi vəsaitin 4 milyard 560,8 milyon manatı xidmət sahələrinə qoyulub.
2020-ci illə müqayisədə xidmət sektoruna yatırılan investisiyalar 75 milyon manat və ya 1,7% artıb.
Yeri gəlmişkən, xidmət sektorunun ümumi yatırımlarda payı da yüksəlib. Əgər 2020-ci ildə Xidmət sektoruna yatırılan pullar ümumi investisiyaların 26,4%-ni təşkil edirdisə, 2021-ci ildə bu rəqəm 28,3%-ə çatıb.
Evlərin tikintisinə xərclənən pullar kəskin azalıb
Statistika Komitəsinin məlumatına görə, 2021-ci ildə Azərbaycanda mənzillərin tikintisinə 1 milyard 029,5 milyon manat vəsait xərclənib - bütün yatırımların 6,4%-i qədər.
2020-ci illə müqayisədə evlərin tikintisinə yatırılan pullar 338 milyon manat və ya 25% azalıb.
Xarici investisiyalar da azalıb
2021-ci ildə Azərbaycana yatırılan xarici investisiyalar da azalıb. Belə ki, ötən il ölkəyə yatırılan vəsaitlərin 4 milyard 333 milyon manatını xarici yatırımlar təşkil edib. Bu ümumi vəsaitlərin 26,9%-i qədərdir.
2020-ci ildə isə xarici investisiyalar 5 milyard 117 milyon manat təşkil etmişdi və xarici investisiyalar bütün yatırımların 30%-dən artıq idi. 
Nəticədə 2021-ci ildə Azərbaycana xarici investisiyalar 784 milyon manat və ya 15% azalıb.

İnvestisiya     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

"Bu ölkələrin iqtisadiyyatlarına 20 milyard dollardan çox sərmayə qoymuşuq"

"Dünyada bir çox beynəlxalq təşkilatlar var, ancaq etnik köklər üzərində yaranmış təşkilatların sayı o qədər də çox deyil. Yəni bu, bizim çox böyük üstünlüyümüzdür. Yəni bizi birləşdirən bizim etnik mənsubiyyətimizdir

AMB: İnvestisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır

Azərbaycanın investisiya şirkətlərinin kapital mövqeyi komfort zonadadır. xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yarım illik "Maliyyə Sabitliyi hesabatı"nda bildirilir. Sənədə əsasən, bu ili

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı v

Bu il qeyri-neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 6%-ə yaxın artıb

Bu ilin yanvar-iyun aylarında əsas kapitala 9 milyard 295,2 milyon manat məbləğində investisiya yönəldilib. Azərbaycana ən çox investisiya edən ölkələr açıqlanıb.  Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, b

"PAŞA Holdinq" Gürcüstana - 60 milyon dollar yatırıb

Azərbaycanın iri biznes qruplarından biri olan "PAŞA Holdinq"in kommersiya və beynəlxalq layihələr üzrə icraçı direktoru Elçin Qədimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. xəbər verir ki, görüşdə "PAŞ

Zərər edən investisiya şirkətində rəhbər dəyişir - Baş mühasib müvəqqəti direktor olur

"MFX-Trading İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə direktor dəyişdirilir. Məlumata görə, şirkətin direktoru Tural Bayramov vəzifəsindən gedib, onu Günel Qurbanova əvəz edəcək

Bu şirkətlər Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsindən çıxarılır - FƏRMAN

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısına dəyişiklik edilib. xəbər verir ki, Prezident İlham Əliyev bununl

Qeyri-rezidentlər üçün yeni güzəşt tətbiq ediləcək

Qeyri-rezidentlərin Azərbaycanda qoyduqları investisiyalardan (o cümlədən daşınmaz əmlak, pay və səhmlərdən) əldə etdikləri mənfəətin, dividendlərin və investisiyanın realizə edilməsi nəticəsində yaranmış əlavə dəyərin (kapita

Xarici investisiya platformalarına pul yatıranlara Mərkəzi Bankdan xəbərdarlıq

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə lisenziyası olmayan xarici investisiya platformalarının xidmətlərindən istifadə ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. xəbər verir ki, bu barədə Mərkəzi Bankın məlumatında bildirilib


iqtisadi xeberler investisiya kicik biznes kripto avtomobil xeberleri